Ötən il Azərbaycanda 29 nəfər hepatit virusundan ölüb

Səhiyyə Nazirliyi hepatit xəstələrinin azaldığını bildirir

Ötən il Azərbaycanda hepatit-B virusundan 18, hepatit-C virusundan isə 11 nəfər ölüb. Bu məlumatı Səhiyyə Nazirliyinə istinadən Dövlət Statistika Komitəsi yayıb.

2016-cı ildə Azərbaycanda 319 nəfər hepatit (A, B, C və digər formaları) virusuna yoluxmuş xəstə qeydə alınıb. Onlardan 126 nəfərində kəskin hepatit-B, 120 xəstədə isə kəskin hepatit-C aşkarlanıb. Bütün xəstələrin 30 faizə yaxını qadın, 10 faizi isə 17 yaşına qədər uşaqlardır, – Report xəbər verir.

İki il əvvəlki göstəricilərlə müqayisədə hepatitə yoluxmuş xəstələrin sayı bir qədər azalıb. Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2014-cü ildə Azərbaycanda 242 nəfər hepatit-B və 181 nəfər hepatit-C xəstəsi qeydə alınıb.

Hepatit virusunun yayılması və xəstəliklə mübarizə yolları haqda daha ətraflı JAMnews-un “Utandıran xəstəlik” məqaləsindən oxumaq olar.


More on JAMnews