Gimnastların iştirakı ilə klip. Mürəkkəblik və texnikada fərq böyükdür, amma bu, idmançıların xidmətidirmi?" />

Olimpiada bu gün və 60 il əvvəl

Gimnastların iştirakı ilə klip. Mürəkkəblik və texnikada fərq böyükdür, amma bu, idmançıların xidmətidirmi?

MTV News bu klipdə peşəkar gimnastların çıxışlarının müasir və arxiv yazılarını müqayisə edib. Birinci nəticə öz-özünə yaranır – yerinə yetirilən hərəkətlər müqayisə olunmaz dərəcədə daha mürəkkəb və sürətli olub.  

Amma video klipin altında verilən şərhlərdən birində çox yaxşı ifadə olunan daha bir fikir var:

“Müasir gimnastikanın nailiyyətlərini mümkün edən avadanlıqdakı fərqə baxın: yaylı döşəmə; əyilən tirlər və ya yumşaq döşəkcələr; amortizasiya olunan üzlüklər. 

Bu gün mövcud olan məşq avadanlığı travmaları minimuma endirir, həm yeni başlayan gimnastların öyrədilməsini, həm də yüksək nəticələr əldə etmək üçün edilən məşqləri xeyli təhlükəsiz edir.

O vaxt gimnastlar taxta tirlər və at tükündən olan güləş örtükləri üzərində məşq edirdilər. Onlar bərk taxta döşəmə və əyilən tirlərin üstündə işləyirdilər.

Həm o vaxtkı, həm də müasir idmançılar öz nailiyyətləri ilə heyran edir. Gimnastika o vaxtlar daha sadə olmayıb, fərqli olub. 

Dərc edilib 18.08.2016


More on JAMnews