Hələlik yeni sistem yalnız sahə terapevti və pediatr qəbuluna yazılmağa imkan verir" />

Növbəsiz həkim qəbulu: Yerevan poliklinikalarında elektron qeydiyyat tətbiq edilib

Hələlik yeni sistem yalnız sahə terapevti və pediatr qəbuluna yazılmağa imkan verir

электронная запись в поликлинику, медицина, поликлиника, здравоохранение․ պոլիկլինիկա, առողջապահություն, բժիշկ, գրանցման ելեկտրոնային համակարգ

Yerevan poliklinikalarında artıq elektron qeydiyyat sistemi tətbiq edilib. Hələlik bu sistem 13 poliklinikada işə düşüb, amma cari ilin sonuna qədər paytaxtın 24 tibb müəssisəsinin hamısında elektron qeydiyyat mümkün olacaq. Üstəlik indi yalnız sahə terapevti və pediatrın qəbuluna yazılmaq mümkündür.

Sistem necə işləyəcək?

Həkim qəbuluna elektron qeydiyyat sistemi paytaxt poliklinikalarında 2019-cu ilin yazından tətbiq etməyə başlayıblar. Məsələn, mayın 3-dən həkim qəbulunun yeni formatını “Müqəddəs Maarifçi Qriqori” tibb mərkəzinin nəzdindəki poliklinikanın pasiyentləri sınaqdan keçiriblər.

Yeni sistem sayəsində pasiyentlər evindən çıxmadan özlərinə uyğun gün və saatda sahə terapevti və ya pediatrın qəbuluna yazıla bilirlər. Qeydiyyat iş günləri saat 09:00-dan 17:00-a qədər həyata keçirilir.

Pasiyentə təyin olunan qəbul saatına qədər onun məlumatları artıq sistemə yüklənmiş olacaq və bu, həkimə vaxta qənaət etməyə imkan verəcək.

“Uzun illər ərzində poliklinikalarda növbələrlə və vətəndaşların ədalətli şikayətləri ilə bağlı problem vardı. Elektron qeydiyyat sistemi vətəndaşlarımız üçün xidmətlərin əlçatımlı olması iistiqamətində daha bir addımdır”, – Yerevanın mer müavini Sergey Harutunyan deyib.

Pasiyentdən tələb olunan yeganə şey qəbuldan bir neçə dəqiqə əvvəl qeydiyyat şöbəsinə yaxınlaşmaq və özünə aid xüsusi talon və anketi almaqdır. Hər br vətəndaşın qəbuluna 15-20 dəqiqə vaxt ayrılır.

Sosial şəbəkələrdə nə yazırlar?

 Hələ həkim qəbuluna elektron qeydiyyat sistemindən istifadə etməyən sosial şəbəkə istifadəçiləri yeniliyi müsbət qəbul ediblə və aşağıdakıları yazıblar:

 “Nəhayət ki!”

 “Böyük təşəkkür! Bu, həqiqətən də çox rahat olacaq: əsəblər də qaydasında olacaq, vaxta qənatə etmək də mümkün olacaq”.

Amma yeni qeydiyyat sistemindən artıq yararlanmağa cəhd edənlər realda vəziyyətin heç dəyişmədiyindən şikayət edirlər:

“Əvvəlcə bu sistemin artıq tətbiq edildiyi poliklinikalarda vəziyyəti düzəltmək, sonra başqalarında başqalarında başlamaq lazımdır! Bu sistem çox pis işləyir! qəbula yazılmaq üçün zəng vururam, 2 gün zənglərə cavab verən olmur! Poliklinikaya gedirəm, mənə deyirlər ki, yaxın iki gün ərzində vaxt yoxdur. Səhəri gün üçün talon götürəndə və qəbula gedəndə isə mən yenə də bir-iki saat gözləyirəm ki, həkimin qəbuluna düşüm! Daha nə fərqi oldu?!”

 “Yenə də həmin növbələr! Narazıların sayı isə daha da çoxdur!”

 “Heç nə dəyişməyib! Bizim poliklinikada elə həmin şeydir – növbəni tutub gözləyirsən!”

 “Poliklinikalarda həkimləri dəyişin ki, qəbula gələndə saatlarla gözləmək lazım olmasın”.

 “Artıq çoxdandır ki, qəbula düşmək istəyirəm, amma alınmır! Belə ola bilər ki, sənin növbən ancaq üç aydan sonra gəlib çatsın?”

 “Ola bilər ki, bu yalnız başlanğıc olsun və bəlkə də hər şey hələ düzələcək, amma hələlik sistemin işi qətiyyən ürəkaçan deyil”.


More on JAMnews