Rusiya hüquq müdafiəçiləri tərəfindən təqdim olunan sənəd dəhşətli bir mənzərəni göstərir " />

Nifrət, təqiblər, xəbərçiliklər – Rusiyada LGBT üzvlərinin vəziyyəti ilə bağlı hesabat

Rusiya hüquq müdafiəçiləri tərəfindən təqdim olunan sənəd dəhşətli bir mənzərəni göstərir

REUTERS/Anton Vaganov

JAMnews citing ‘Novaya Gazeta’

Rusiyada LGBT üzvlərinin vəziyyəti ilə bağlı illik hesabat 5,400 respondetin sorğusuna, həm də seksual oriyentasiya və gender özgürlüyü əsasında ayrı-seçkilik və zorakılıq hallarının monitorinqinə əsaslanır. Söhbət Rusiyada 2016–2017-ci illərə təsadüf edən faktlardan gedir.    

Monitorinq proqramı nəticəsində alınan məlumatlar dolğun deyil, çünki Rusiyada LGBT cəmiyyəti üzvləri heç də həmişə qurbanı olduğu ayrı-seçkilik hallarından danışmağa hazır deyillər, polis və mediaya nadir hallarda müraciət edirlər.

 H

esabata görə, daha çox ayrı-seçkiliyə valideynlərindən birinin LGBT cəmiyyətinə mənsubiyyətini etiraf etdiyi ailələr məruz qalır. Müəllimlərin də sıxışdırıldığı hallar az deyil: əksər vaxtlarda təqiblər qurbanların sosial şəbəkələrdəki akkauntlarından müvafiq məlumatların toplanmasından, həmin məlumatların qurbanların iş yerlərinə “uşaqların əxlaqsız təsirdən qorunması” tələbi ilə təqdim olunmasından başlayır.     

Bu cür xəbərçiliklə Sibirin Krasnoyarsk şəhərinin musiqi məktəblərindən birində estrada vokal müəllimi Mariya Şestopalovanı işdən çıxarıblar. Xəbərçi (bu, Timur Bulatov adlı Sankt-Peterburq sakinidir, hüquq müdafiəçilərinə yaxşı tanışdır) müəllimənin sosial şəbəkədəki profilini öyrənib, onun seksual oriyentasiyası haqda məlumatı məktəb rəhbərliyinə, DİN və meriyaya çatdırıb.  

Fəalın özünü cinayət məsuliyyətinə cəlb etmək əvəzinə (ən azı şəxsi məlumatları yaydığına görə), məktəb direktoru Şestopalovadan “şəxsi istəyi ilə işdən çıxması”na nail olmağa çalışıb. Xanım bunu rədd edib, amma onu “tərbiyə funksiyalarının yerinə yetirilməsi ilə bağlı olan işin davam etdirilməsini mümkünsüz edən əxlaqsız hərəkətə yol verdiyinə” görə işdən qovacaqları ilə təhdid ediblər.  

Timur Bulatovun başqa bir qurbanı da üç uşağın qəyyumu olan Yekaterinburq sakini Yuliya Savinovskix olub.

Onun  transgender olduğundan şübhələnən Bulatovun xəbərçiliyindən sonra dövlət Yuliyanın iki yetkinlik yaşına çatmayan oğulluğunu əlindən alıb. Bulatovun şübhələri Savinovskix sosial şəbəkələrdə transgender insanın adından bloq yaratdığına və süd vəzilərinin kəsilməsi əməliyyatından keçdiyinə görə yaranıb.  

Yuliya Savinovskix məhkəmənin qərarının dəyişməsinə nail ola bilsə də hələ ki, uşaqları ailəyə qaytara bilməyib. Halbuki cinsin dəyişdirilməsi hüququ Rusiya qanunvericiliyi ilə qorunur, hətta dövlətin (Səhiyyə Nazirliyi simasında) Rusiya transgender cəmiyyəti ilə konstruktiv əməkdaşlıq nümunələri də var.   

Misal üçün, ötən il məmurlarla LGBT cəmiyyəti nümayəndələri ilə birgə iş zamanı nəhayət ki, razılaşdırılan federal dəyişiklik layihəsinə əsasən, cinsini dəyişən insanlara təzə doğum şəhadətnaməsi verilir. Bu vaxta qədər məhz müəyyən edilmiş qaydada sənədin olmaması səbəbindən rusiyalı transgenderlər inzibati işlərlə bağlı olmazın çətinliklərlə üzləşiblər.

Öz gender özgürlüklərini dəyişəndən sonra onlar köhnə pasportları ilə yaşamağa davam ediblər. İşə düzələ, qatar və ya təyyarəyə bilet ala bilmirdilər. Tibbi yardım almaq belə problemiydi.

Sorğuda iştirak edən transgender qadınlardan biri danışır ki, təcili tibbi yardım həkimləri ona Kvinke ödemi zamanı antigistamin iynəsi vurmaqdan imtina ediblər, buna əsas pasportunun (kişi adına olan) cinsini dəyişdirmək üçün keçdiyi əməliyyatdan sonra onun indiki gender  özgürlüyünə uyğun olmamasıydı. Qızın anası sözün hərfi mənasında təcili tibbi yardım maşınının qarşısını kəsib, həkimlərin başına ağıl qoymasaydı hadisənin nə ilə nəticələnəcəyini təxmin etmək çətindi.

 R

usiya hakimiyyəti LGBT cəmiyyətinə qarşı ksenofob müzakirələrə yol açır, bu siyasətin açıq təzahürü kimi nifrət və düşmənçilik zəminində cinayətlərdən sohbət gedəndə isə müvafiq motivin olduğunu etiraf etməkdən boyun qaçırır.

Bunun ən bariz nümunəsi kimi hesabat müəlliflləri Sankt-Peterburqdan olan jurnalist Dmitri Silikinin qətlini göstərir. Saxlanılan 22 yaşlı tələbə Sergey Kosıryov verdiyi etiraf ifadəsində özünü “geylərə qarşı səlib yürüşü” missiyası olan “təmizləyici” adlandırıb və açıq şəkildə bildirib ki, qurbanını seksual oriyentasiyasına görə qətlə yetirib. Bununla belə, istintaq bu cinayətə “qəflətən yaranan mübahisə zamanı baş verən” adi qətl qiyməti verib.


More on JAMnews