Gevorkyanlar ailəsinin hekayəsi " />

Nəqliyyatı olmayan kənddə necə yaşamaq olar?

Gevorkyanlar ailəsinin hekayəsi

Siteli Sopeli (Krasnoselsk) kəndi Kvemo Kartlidə yerləşir və Marneuli bələdiyyəsinə daxildir. Burada 65 nəfər yaşayır. Siteli Sopeliyə nəqliyyat işləmir, kənd sakinləri artıq uzun illərdir ki, rayon mərkəzindən təcrid olunublar. Yaşlı adamlar üçün xüsusilə çətindir – kilometrlərlə yolu piyada getməyə çoxunun gücü yetmir.

2017-ci ilin oktyabrında Gürcüstanda yerli özünüidarə qurumlarına seçki keçirildi, amma bu kəndə bircə nəfər də olsun siyasətçi gəlib çıxmadı. Müvafiq olaraq, rayon mərkəzi ilə əlaqənin bərpasına dair vədi də buralarda səslənmədi.

Siteli Sopeli Marneuli bələdiyyəsinin nəqliyyatdan məhrum yeganə yaşayış məntəqəsi deyil.


More on JAMnews