O, yalan məlumat yaymaqda və dövlət əleyhinə çağırışlarda təqsirli bilinib " />

Müxalif saytın redaktoru 5,5 il şərti cəzaya məkum edilib

O, yalan məlumat yaymaqda və dövlət əleyhinə çağırışlarda təqsirli bilinib

Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli haqqında 5,5 il şərti azadlıqdan məhrumetmə hökmü çıxarılıb – Turan informasiya agentliyi xəbər verib. O, üç maddə üzrə: vəzifə səlahiyyətlərini aşmaq, vəzifə saxtakarlığı və dövlətə qarşı çağırışlarda təqsirli bilinib.

 

Mustafa Hacıbəyli jurnalist və qardaşının sədri olduğu müxalif Müsavat Partiyasının fəal üzvüdür. Müxalif Bastainfo.com saytının redaktorudur.

Şərti cəza haqda qərar Hacıbəylinin Qarabağ müharibısi veteranı və himayəsində azyaşlı övladlarının olduğu nəzərə alınaraq çıxarılıb.

Mustafa Hacıbəyli nəyə görə mühakimə edilib?

Bastainfo.com və daha üç sayt 2018-ci ilin iyulunda bloklanıb. Baş Prokurorluq onlar haqqında Gəncənin icra başçısına qarşı sui-qəsd hadisəsinin işıqlandırılması zamanı yalan informasiya yaymaq ittihamı ilə cinayət işi qaldırıb.

• Gəncə merinə sui-qəsdin təfərrüatları və nəticələri

• Azərbaycanda blekaut: səbəblər, günahkar kimdir və onların aqibəti necə olacaq?

Əvvəlcə Mustafa Hacıbəyli bu iş üzrə şahid kimi dindirilirdi, noyabrda isə ona qarşı ittiham irəli sürülüb.

2017-ci ildə “qanunla açıq yayılması qadağan olunmuş” məlumatların yayılmasına görə artıq prokurorluq tərəfindən Hacıbəyliyə xəbərdarlıq edilmişdi. Söhbət müxalif jurnalist Əfqan Muxtarlıya həsr olunmuş materiallardan gedirdi.

Hacıbəylinin mövqeyi

Məhkəmədə hökm oxunmazdan əvvəl son sözündə Mustafa Hacıbəyli ona qarşı qaldırılan cinayət işini qanunsuz və əsassız adlandırıb. Həmçinin o, “vəzifəli şəxs” adlandırılmasını absurd hesab edib:

“Mənim nəinki vəzifəm, hətta iş yerim də yoxdur. Konstitusiya Məhkəməsi prokurorluğun sorğusu əsasında vəzifəli şəxslərin siyahısını müəyyən edib, jurnalistlər bu sıraya daxil olunmayıb”, – redaktor bildirib.

Müdafiə tərəfi hökmdən şikayət vermək niyyətindədir.


More on JAMnews