Filmin 5 yaşı var. Sxinval internatındakı sakinlərin sayı azalmır" />

Müharibədən sonra uşaq evi

Filmin 5 yaşı var. Sxinval internatındakı sakinlərin sayı azalmır

 

Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Sxinval internat məktəbinin direktoru Roland Tedeyev xatırlayır ki, müharibədən əvvəlki son bir il ərzində Kurta uşaq evində on bir millətdən olan uşaqlar tərbiyə alırdılar. Onları ora Gürcüstanın hər yerindən göndərirdilər. Birinci gürcü-osetin müharibəsinin əvvəlində uşaq evi bağlandı.

Uşaq evindən internata

Roland Tedeyev:

“Faktiki olaraq, Sxinval yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbi Kurta uşaq evi və Kurta məktəbinin rus bölməsinin əsasında fəaliyyətə başladı. “Uşaq evi adı uşaq psixikasına pis təsir edir və buna görə də onu yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbi adlandırmağa başladılar. Bu gün bizim məktəbdə 3-17 yaş arası 182 uşaq təhsil və tərbiyə alır.
Yetim uşaqlardan başqa, bizdə çoxuşaqlı ailələrdən, aztəminatlı və sosial müdafiəsi olmayan, valideynlərin öz vəzifələrinin öhdəsindən gələ bilmədiyi ailələrdən uşaqlar da var. Ən yaxın məktəbin on kilometr məsafədə yerləşdiyi uzaq kəndlərdən gələn uşaqlarımız da.

İnternatda daimi yaşayış və oxumaq üçün lazım olan hər şey var. Dərslərdən sonra əlavə məşğuliyyət də seçmək olar: rəqs dərnəyi, teatr dərnəyi, xor, zərb alətləri orkestri, gitara, arıçılıq, voleybol, tennis və basketbol seksiyaları.

Stabil say

Roland Tedeyev:

“Mən 2007-ci ildən internat direktoru işləyirəm. Bizdə say azalmır, əksinə artır. Son üç il ərzində uşaqlarımızın sayı 170-dən 180-ə qədər olub, bu göstərici aşağı düşmür, kompleks isə 150 yer üçün nəzərdə tutulub, buna görə də bir çoxlarına rədd cavabı verməli oluruq. Bu gün internat məktəbinin korreksiya siniflərində 17 uşaq oxuyur, ümumilikdə respublika üzrə isə uşaq serebral iflici və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların sayı 200 nəfərdir. Onlar evdə qalır və məktəbə getmirlər.

“Rusiya dəmir yolları şirkətinin dəstəyi sayəsində bu gün internatın elektron texnikasına heç bir ehtiyacı yoxdur. Təxminən bir il əvvəl kompüter sinfi, multimedia proyektorunun alınmasına, linqafon kabinetinin təchizatına şirkət 450 min rubl ayırıb.

Məşhur idmançı və ictimai xadim Cambulat Tedeyev internatın limitsiz internetinin pulunu ödəyir.

Roland Tedeyev:

“Mən ayrılmış təhsilin tərəfdarıyam. İnternatın şagirdlərini istiqamətlər üzrə ayırmaq yaxşı olardı – fizika və riyaziyyat, kimya və biologiya, humanitar elmlər, aqrotexnologiyalar. 2015-ci ildən biz 10 və 11-ci siniflər üçün avtomobil işi üzrə praktiki məşğələlər keçirməyə başladıq.

Bu gün Cənubi Osetiyada “Qəyyumluq və himayə haqqında qanun və bunun nəticəsi kimi, bu sahəyə görə cavabdeh olan orqan yoxdur. Sxinval administrasiyası nəzdində yetkinlik yaşına çatmayan uşaqların qəyyumluq və himayəsi üzrə komissiya fəaliyyət göstərir, amma onun fərsiz valideynləri valideynlik hüququndan məhrum etmək və övladlarını internata göndərmək üçün hüquqi səlahiyyəti yoxdur.

Ötən il hazırda internatda yaşayan on dörd yaşlı qız direktora şəxsən müraciət edərək, anasının valideynlik hüququndan məhrum olunmasını xahiş etdi.

Roland Tedeyev:

“Analıq hüququndan məhrum etmənin ən axırıncı vasitə olduğunu bilirdim. Amma bu vəziyyətdə mən heç nə edə bilmirdim və qızın təkidi ilə hüquqi şəxs kimi məhkəməyə şikayət verməli oldum. Onun anasına həqiqətən də düzəlmək üçün vaxt verildi, amma əbəs yerə. Ananı valideynlik hüququndan məhrum etdilər.

Sxinval internatının direktoru üçün ən dəyərli xatirələr bu məktəbdən ailələrə köçən uşaqlar haqqında xatirələrdir: Vladiqafqazda övladlığa götürülən Makiyev qardaşları və bacıları, öz qardaşı və bacıları ilə birlikdə özünə yeni ata və ana tapan Oksana Fyodorova, onun atası tərəfindən qəbul edilən bacısı Dayana (bu ailə haqda 2011-ci ildə film çəkilib https).

Roland Tedeyevin ən böyük arzusu isə odur ki, bu cür hadisələrin sayı daha çox olsun.

Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər


More on JAMnews