Hakimiyyətin və fəalların mübahisəsi binaların divarları üzərində gedir – biri yazır və çəkir, digəri silir, hər gün eyni şey" />

Minskdə qraffiti siyasi mübarizə vasitəsinə çevrilib

Hakimiyyətin və fəalların mübahisəsi binaların divarları üzərində gedir – biri yazır və çəkir, digəri silir, hər gün eyni şey

Mixail Myasnikov – Belarus Respublikasının Şura sədri

Şura sədriÖtən ilin yazında Minskin mərkəzində divarların birində Belarusun keçmiş əmək naziri Marianna Şyotkinanın rəsmi peyda oldu. Məmurun şəklinin yanında “İşsizliyə görə vergini mən icad etmişəm” sözləri yazılmışdı.

Kommunal xidmət işçiləri Şyotkinanın şəklini dərhal rənglədilər. Hər şey elə bundan başladı.

Şəklin yerində “Axı siz özünüz hər şeyi anlayırsız” sözləri yazıldı – bununla da qraffiti müəllifləri əsl layihəyə start verdilər. Euroradio-nun bildirdiyinə görə, tezliklə bütün şəhərdə baş nazir Mixail Myasnikoviçin altında “Nəqliyyat vergisini mən tətbiq etmişəm” sözləri yazılmış şəkilləri peyda oldu.

“Şyotkinanın divarında” (buranı sosial şəbəkələrdə məhz bu cür adlandırırlar) Myasnikoviçin portretinin üstünü boyayıblar, amma bu da şəhər fəallarını təslim etməyib. Bir neçə gündən sonra həmin divarda Myasnikoviçin çoxlu kiçik şəkilləri çəkilib.

Daha sonra “Şyotkina divarında” mütəmadi olaraq yeni qraffitilər bir-birini əvəzləyib. “NKVD forması və metodları ilə fəxr edən mənəm” sözləri yazılmış Belarusun daxili işlər naziri İqor Şuneviçin portreti, OMON-çuların “Oğlanlarla birlikdə adamları oğurlayan bizik” yazılmış rəsmi, Martin Lüter Kinqin sitatı: “Heç vaxt unutmayın, Hitlerin Almaniyada etdiyi hər şey qanuni idi”.

Kommunal xidmət işçiləri operativ şəkildə qraffitilərin üstünü boyasa da, bu, yenilərinin yaranmasına mane olmur.

Krım Rusiyaya birləşdiriləndən sonra məşhur olan “yaşıl adamlar” Belarusda gəzənlər tərəfindən çəkilib

Burda isə “yaşıl adamların” üzərini rəngləyirlər

Yüksək vəzifəli məmurlar Minsk gənclərinin küçə yaradıcılığının onlara toxunduğu haqda danışmağa başlayıblar. Belarus Respublikasının Şura sədri Myasnikoviç müsahibələrindən birində etiraf edib ki, “Ümumilikdə mən gönü qalın adamam, amma belə şeylər əlbəttə, təsir edir”.

Minsk polisi indiyə qədər yazıların müəlliflərini müəyyən edə bilməyib, amma hüquq-mühafizə orqanları məmurların ünvanına xoş olmayan ifadələrin yazılmasna görə kimisə cəzalandırmalı idi. Odur ki, onlar Facebook-da Signal adlı qrupu idarə edən Oleq Lariçevi həbs ediblər. Qraffiti haqda ilk olaraq məhz bu qrupda xəbər yayılmışdı.

Lariçevə guya ictimai yerdə nalayiq söyüş söydüyü üçün beş sutka həbs cəzası veriblər – amma hər kəsə aydındır ki, əslində bu, məmurlar haqda qraffitilərə reaksiyadır.

“Şyotkina divarı” etirazın sadəcə əvvəli idi. İndi bütün Minsk boyu siyasi məzmunlu qraffitilər peyda olur.

Məsələn, Minskin rayonlarından birində çoxmərtəbəli binanın divarında artıq bir neçə ildir ki, “Minsk-Moskva” adlı rəsm var. Rəsmdə oğlan (Minsk) və qız (Moskva) təsvir olunub. Bu rəsm iki ölkə və iki xalq arasındakı dostluğun rəmzidir. Az əvvəl şəhər fəalları bu rəsmə  tikanlı məftil əlavə ediblər. Onlar tikanlı məftildən oğlanın əlinə gül dəstəsi, qızın başına isə çələng “hörüblər”.


More on JAMnews