Ruzan Mantaşyan və Yusif Eyvazov Drezdendə bir səhnədə çıxış edəcəklər, baxmayaraq ki, sonuncunun “siyasi motivlərlə” bu çıxışdan imtina etdiyi haqda məlumat verilmişdi " />

Milli ayrıseçkilik, yoxsa anlaşılmazlıq? Azərbaycanlı tenor və erməni müğənninin qatıldığı opera qalmaqalı sona çatdı

Ruzan Mantaşyan və Yusif Eyvazov Drezdendə bir səhnədə çıxış edəcəklər, baxmayaraq ki, sonuncunun “siyasi motivlərlə” bu çıxışdan imtina etdiyi haqda məlumat verilmişdi

Azərbaycanlı tenor və erməni soprano arasındakı qalmaqal 10 gün müddətində Ermənistan mediasında və sosial şəbəkələrdə qızğın müzakirə olunub, avropalı jurnalistlər də olayların gedişatını diqqətlə izləyib.

Qalmaqal sülhlə başa çatıb, amma festival təşkilatçıları ilə qızğın danışıqlar və sosial şəbəkələrdə gedən qarşılıqlı ittihamlardan sonra.

Bala kim gedəcək?

Əvvəlcə deyilmişdi ki, müğənnilər Yusif Eyvazov və Ruzan Mantaşyan fevralın 7-də Drezden opera balının açılış mərasimində çıxış etmək üçün dəvət olunublar.

Bu mərasim ilk dəfə 1925-ci ildə keçirilib. 40-cı illərdə tədbiri keçirməmməyə başlayıblar. Amma 2006-cı ildə Drezdenin təməlinin qoyulmaısnın 800 illiyi şərəfinə bal bərpa olunub və həmin vaxtdan hər il təşkil edilir. Mərasim adətən şəhərin on minlərlə sakinini və turistləri toplayır.

Yanvarın 13-də Mantaşyanın maraqlarını təmsil edən Fransanın “Massis Opèra” agentliyi müğənninin tədbirdə iştirak etməyəcəyi haqda məlumat yayıb. Səbəb azərbaycanlı müğənninin erməni müğənni Ruzan Mantaşyanla eyni səhnədə çıxış etməkdən imtina etməsi göstərilib.

Səhəri gün Yusif Eyvazov öz Instagram səhifəsində bu ittihamı təkzib edərək, bunu təxribat adlandırıb və əmin edib ki, onun siyasi mövqeyinin peşəsinə və həmkarlarına aidiyyatı yoxdur. 

O, həmçinin “SemperOperaball”ın bədii rəhbəri Hans-Yoahim Freyin bəyanatını da dərc edib. Bəyanatda “müğənni Ruzan Mantaşyanın 7 fevral 2020-ci ildə 15-ci “SemperOperaball”da iştirak etməyəcəyinin səbəbinin milliyyəti ilə bağlı olması haqda ittiham” yalanlanıb.

Festival təşkilatçılarının özləri Facebook sosial şəbəkəsindəki səhifələrində bildiriblər ki, Eyvazov heç bir tələb irəli sürməyib, Mantaşyanın çıxışı isə sadəcə planlaşdırılmayıb.

Bu yerdə “Massis Opèra” yenidən bəyanatla çıxış edib və bildirib ki, Mantaşyan hələ 2019-cu ilin sentyabrında dəvət alıb. “2020-ci il yanvarın 10-da biz daha bir məktub aldıq, orada Ruzan Mantaşyanın çıxışının təxirə salındığı bildirilmişdi, çünki cənab Eyvazov onunla birlikdə çıxış etmək istəməyib”, – “Massis Opèra” bəyan edib.

Daha sonra məsələyə Avropa Erməniləri Birliklərinin Forumu qarışıb və “SemperOperaBall”ın bədii rəhbərindən izahat tələb edib, əks təqdirdə qanunun köməyindən yararlanacağına söz verib.

Təşkilat öz bəyanatında müğənni ilə razılaşmanın pozulmasına görə maddi kompünsasiyanın ödənməsi imkanını da istisna etməyib.

Avropa Erməniləri Birlikləri Forumu ilə ikigünlük danışıqlardan sonra “SemperOperaball”ın bədii rəhbəri Hans-Yoahim Frey Mantaşyanın Drezdendə balın açılış mərasimində çıxış edə biləcəyi haqda qərar qəbul edib.

Yanvarın 23-də erməni vokalçı Facebook sosial şəbəkəsində bildirib ki,SemperOpernball”ın bədii rəhbərinin təklifini qəbul edib.

Ermənistanda reaksiya

Hadisə haqda Facebook səhifəsində ilk yazanlardan biri də erməni opera müğənnisi Asmik Papyan olub.

“Biz hara gəlib çıxmışıq. Mən dəfələrlə bu səhnədə çıxış etmişəm, belə bir şey yadıma gəlmir”.

Asmik Papyan Ermənistanda çox populyardır, baxmayaraq ki, son zamanlar Avstriyada yaşayır və Vyana Dövlət Operası səhnəsində çıxış edir. Onun paylaşımı sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Üstəlik digər məşhur insanlar da, o cümlədən də erməni əsilli Rusiya yazıçısı Narine Abqaryan da hadisə haqda qəzəbli statuslar yazıb.

Media da bu hadisəyə çox diqqət yetirib, hadisələrin bütün inkişaf mərhələlərini işıqlandırıb, Eyvazovu “Netrebkonun [məşhur Rusiya və Avstriya opera müğənnisi – JAMnews] əri” kimi təqdim edib.

Azərbaycanda reaksiya

Azərbaycanda bu hadisəyə Ermənistanla müqayisədə daha az diqqət yetirilib.

Mövzuya yalnız bir neçə sayt toxunub.

Onlardan biri “1news” saytı Yusif Eyvazovun təkzibini dərc edib, həmçinin yazıb ki, “erməni KİV-i azərbaycanlı müğənniyə hədsiz yüksək diqqət göstərməklə növbəti dəfə boş yerdə ssenari şişirdir”.

Sosial şəbəkələr bu qalmaqala elə bir maraq göstərməyib. Populyar “Disput.az” forumu müzakirə başlatmağa cəhd göstərib, amma informasiyanın təsdiqlənmədiyi bəlli olandan sonra müzakirə alınmayıb.


More on JAMnews