Paşinyan İtaliyada erməni icmasını təmkinli olmağa çağırıb və xüsusi xidmət orqanlarının əməkdaşı olduğu ehtimal edilən azərbaycanlının suallarına cavab verib" />

Milanda erməni kilsəsində Ermənistan baş nazirinin özünü bloger kimi tanıdan azərbaycanlı ilə dialoqu

Paşinyan İtaliyada erməni icmasını təmkinli olmağa çağırıb və xüsusi xidmət orqanlarının əməkdaşı olduğu ehtimal edilən azərbaycanlının suallarına cavab verib

Noyabrın 20-də Milanda “Qırx Müqəddəs Körpə” erməni kilsəsində Nikol Paşinyanın erməni diasporu ilə görüşü zamanı özünü bloger kimi təqdim edən azərbaycanlı Ata Abdullayev Ermənistanın baş nazirinə suallar verib.

Sonra sosial şəbəkələrdə, daha sonra isə Ermənistan mediasında Abdullayevin bloger yox, Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşı olduğu haqda xəbər yayılıb.

Erməni kilsəsində məhz nə baş verdiyi, Ermənistanda və Azərbaycanda buna necə reaksiya verildiyi ilə bağlı bütün təfərrüatlar.

• “Artsax Ermənistandır, vəssalam!” – Ermənistanın baş naziri

• Gənc azərbaycanlılar Qarabağ haqda danışırlar

Erməni kilsəsində nə baş verib?

Paşinyanın çıxışından sonra erməni icmasının nümayəndələri baş nazirə öz suallarını veriblər. Özünü bloger kimi təqdim edən azərbaycanlı Ata Abdullayev də ona sual vermək istəyib.

Əvvəlcə azərbaycanlını kilsədən çıxarmaq istəyiblər, amma Nikol Paşinyan göstəriş verib ki, ona suallarını səsləndirməsi üçün şərait yaradılsın.

Abdullayev bildirib ki, “bütün dünya Ermənistanın azərbaycanlılara qarşı soyqırımını tanıyıb”. Bundan sonra o, müharibəni bitirməyə və onun vətənini azad etməyə çağırıb.

Nikol Paşinyan əvvəlcə ondan başlayıb ki, hansısa erməninin Azərbaycan tərəfinin keçirdiyi hər hansı tədbirə rahatca girib, Azərbaycanın hər hansı məmuruna sual verə biləcəyini təsəvvür etmir. Soyqırım haqda replikanı isə o, belə şərh edib:

“Bu, sadəcə yalandır, çünki hətta keçmiş Azərbaycan prezidenti Ayaz Mütəllibov da “Nezavisimaya qazeta”ya müsahibəsində bildirmişdi ki, Xocalıdakı hadisələri Azərbaycan müxalifəti dövlət çevrilişi həyata keçirmək üçün təşkil edib”.

Nikol Paşinyan daha əvvəl İlham Əliyevə təklif etdiyi “sülh formulunu” xatırladıb, həmin formulda deyilir ki, Dağlıq Qarabağ məsələsinin istənilən həll yolu Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır.

Sonra “videobloger” baş nazirin sözünü kəsməyə başlayıb, buna görə də zalda səs-küy yaranıb.

“Qarabağ həmişə Azərbaycandır”, – Abdullayev bu sözlərlə kilsəni tərk edib.

Азербайджанский блогер задает вопросы премьер-министру Армении в Милане

🔴 Азербайджанский блогер пришел на встречу премьер-министра Никола Пашиняна с армянской диаспорой в церкви в Милане. Он обратился с серией вопросов к армянскому премьеру и начал с заявления: "весь мир признал геноцид азербайджанцев со стороны Армении". Потом он обратился к Пашиняну с просьбой: "Умоляю вас, прекратите эту войну. Нам эта война не нужна. Мы хотим свои земли. Освободите наши земли, пожалуйста"🔵 Никол Пашинян, отвечая, вначале подчеркнул, что не может даже представить, чтобы армянин смог войти на какое-либо подобное мероприятие, которое проводил бы премьер-министр или любой чиновник Азербайджана. «Вы сказали, что весь мир признал геноцид азербайджанцев – но это обычная ложь, поскольку даже бывший президент Азербайджана Аяз Муталибов в интервью российской «Независимой газете» сказал, что события в Ходжалы организовала азербайджанская оппозиция, чтобы добиться смены власти в Азербайджане», – сказал Пашинян. Также премьер-министр Армении заявил, что нельзя говорить с народом Нагорного Карабаха на языке угроз. Впрочем, вы можете посмотреть всю историю на видео

Posted by JAMnews on ხუთშაბათი, 21 ნოემბერი, 2019

Yerevandan informasiya

Bu görüşdən sonra sosial şəbəkələrin Ermənistan seqmentində insanlar baş nazirin mühafizəsinin işində ciddi problemlərin olduğunu yazmağa başlayıblar.

Buna baş nazirin mətbuat katibi Vladimir Karapetyan cavab verib: 

“Paşinyanın mühafizəsinin işində heç bir problem və ya yanlışdan söhbət belə gedə bilməz. Bütün kilsələrə olduğu kimi erməni kilsəsinə də giriş azaddır. Mən baş verənləri mahiyyətcə insident hesab etmirəm. Sual vermək imkanı olub, baş nazir də bu suala məmnuniyyətlə və ətraflı cavab verib”.

Sosial şəbəkələrdə nə yazırlar? 

Azərbaycanlının erməni diasporu ilə görüşdə iştirakı məsələsi noyabrın 20-dən etibarən sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzuya çevrilib.

Bəzi şərhləri təqdim edirik:

“Bir erməninin girib, o bildiyiniz şəxsə sual verə biləcəyini təsəvvür etmək çətindir. Hərçənd yəqin ki, Bakıda yaşayan 30 000-dən birini taparlar və ona cavabı hazır olan sualı verməyə şərait yaradarlar…”

“Əgər erməni jurnalistlər kəskin və mürəkkəb suallar verə bilmirlərsə, qoy heç olmasa bunu qonşu blogerlər etsinlər. Zərbəyə cavab verməyi öyrənmək üçün yaxşı imkandır”.

“Onun bloger olmadığına mənim şübhəm yoxdur. O, nəyə getdiyini dəqiq bilirdi. Yaxşı ki, təxribata uymadılar. Amma! Mühafizəyə çox sual var”.

“Afərin mənim xalqım, afərin baş nazir, o, necə də təmkinlə və xoşluqla bu başabəla blogerin öhdəsindən gəldi”.

“Elə suallar verdi ki, cavabları öz gözlərini deşirdi, cavabı dinləmədən qaçdı”.

“Təxribat yaratmaq, sonra da qışqırmaq istəyirdi ki, ay, baxın, amma pərt oldu, axmaq yerində qaldı! Amma baş nazirin təhlükəsizliyinə gəlincə – bu hə, kimi gəldi, buraxıblar içəri. Birdən onun əlində telefon əvəzinə başqa bir şey olsaydı?”

“Necə gülməlidir, qışqırır, təxribata çəkir və özü öz tamaşasını videoya qeyd edir. Düzünü desəm, mən yenə də bizim nə qədər dözümlü və xeyirxah olduğumuza əmin oldum. Həmişə xeyirxahlıqla qələbə qazanmaq lazımdır. Hətta çox yaxşıdır ki, o gəldi və axmaq sualı verdi, amma bununla belə aqressiyasız layiqli cavabını aldı”.

Bakıdan informasiya

Azərbaycan müxalifətinin şərhi

Ata Abdullayev Ermənistan baş nazirinin erməni icması ilə görüşündə özünü “tanınmış bloger” kimi təqdim etsə də, Azərbaycanda o, müxalifətin mitinqlərində polisə insanları saxlamağa kömək etməsi və hakimiyyətə tərif yağdırması ilə məşhurdur.

Ata Abdullayev Azərbaycan prezidenti İlham Əliyevlə

Müvafiq olaraq, azərbaycanlı jurnalistlər və müxalifətçilər Abdullayevi sevmir və əsaslı olaraq onu hökumətyönlü trol və təxribatçı hesab edirlər. Abdullayevin “Milan sərgüzəştləri” də çoxları tərəfindən biabırçı təxribat kimi qəbul edilib.

“Əvvəlcə ermənilərə ərazilərimizi verdik, indi də onlara sual veririk. Amma bu suallar bizim özümüzə lazımdır, onları vermək lazım deyil”, – müxalif Respublikaçı Alternativ Partiyasının lideri İlqar Məmmədov baş verənlərə beləcə söz oyunu ilə reaksiya verib.

İctimai fəal və bloger Bəxtiyar Hacıyev baş verənləri şəxsən özünə və bütün azərbaycanlı bloger və fəallara qarşı atılmış addım kimi qiymətləndirib.

Bir həftə əvvəl Paris Sülh Forumunda o da Nikol Paşinyana Qarabağ haqda sual vermişdi. Bu haqda sonra çox yazıldı və danışıldı, çoxları Hacıyevi təriflədi. Buna görə də, Hacıyevin fikrincə, kilsədəki hadisə diqqəti ondan yayındırmaq, onun uğurunu unutdurmaq və ümumiyyətlə müstəqil fəalların fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır.

“Ata Abdullayev və onu ora göndərənlər Azərbaycana, xalqımıza, nüfuzumuza və gələcəyimizə böyük zərbə vurdular”, – Hacıyev deyib.

Rəsmilərin şərhi

Axar.az saytı isə belə bir məlumat yayıb: Prezidentin köməkçisi Əli Həsənov eksklüziv açıqlamada bildirib ki, Ata Abdullayevi Milana Azərbaycan hakimiyyətindəki şəxslər göndərməyib:

“Azərbaycan dövləti və hakimiyyəti o günə qalmayıb ki, hansısa Ata Abdullayev kimi şəxsi Ermənistan Baş naziri Nikol Paşinyanın keçirdiyi tədbirə göndərib, o cür səviyyəsiz “dialoqu” təşkil etsin”.

Azərbaycan XİN Nikol Paşinyanın Milandakı çıxışını belə şərh edib:

“Ermənistan baş nazirinin söylədiklərini onun öz əhalisini yanıltmaq cəhdi kimi xarakterizə etmək olar. Bunun başqa cür qiymətləndirilməsi mümkün deyil”, – Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Paşinyanın Xocalı faciəsi ilə bağlı dediklərinə cavab olaraq Abdullayeva Ermənistanın keçmiş prezidenti, məlum hadisələr baş verən zaman isə müdafiə naziri olmuş Serj Sarqsyanın məşhur deyimini xatırladıb:

“Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq”.

Sosial şəbəkələrdə nə yazırlar?

Sosial şəbəkə istifadəçiləri də əsasən aşağıdakı fikirlərdə uzlaşırlar:

Birincisi, Ata Abdullayevi ora kimsə göndərib;  

İkincisi, onun orada çıxardığı hoqqa utancvericidir.

Bəzi şərhlər:

“Nə qədər olar! Bu məxluq Azərbaycanı bütün dünyada biabır edir” 

“Günah bu axmaqda deyil, onun arxasında dayanan, dünyanı gəzməsinə və bu cür biabırçı şoular göstərməsinə kömək edənlərdədir”.

“Biabırçılıqdır. Axı o, iki sözü dalbadal gətirə bilmir. Əgər onu ora göndəriblərsə, heç olmasa daha savadlı birini seçərdilər”.

Azərbaycan mediasına gəlincə, çoxları bu hadisənin üzərindən sükutla keçib, bəziləri isə baş verənləri təhrif olunmuş formada təqdim edib.

Musavat.com saytı Ata Abdullayevi “Paşinyan və bütün orada olanları heyrətləndirən məşhur bloger” adlandırıb.

Haqqın.az isə bildirib ki, “Nikol Paşinyan erməni kilsəsində azərbaycanlını görüncə özünü itirib”.

 


More on JAMnews