Bir idmançı bütöv ölkə üçün hansı rolu oynaya bilər " />

Mhitaryanın futbol fenomeni

Bir idmançı bütöv ölkə üçün hansı rolu oynaya bilər

Bir neçə il əvvəl Henrix Mhitaryan hələ Ukraynanın “Şaxtyor” komandasında oynayanda bir çoxlarına bu, çox böyük uğur kimi gəlirdi. Mhitaryanın istedadı bütöv post-sovet ölkələrinə səs salanda mütəxəssislər sual etməyə başladı – bu çətin yol onu hara gətirib çıxaracaq. Bu yol isə onu əvvəlcə Dotrmundun “Borussiya”, sonra da, 2016-cı ildə İngiltərənin “Manchester United” komandalarına gətirib çıxardı.

Henrix Mhitaryanın peşəkar karyerası paytaxtın “Pünike” komandasında başlayıb, idi isə o, dünyanın ən gəlirli klublarından birinin tərkibində dünya miqyaslı ulduzlarla yan-yana əsas tərkibdə oynayır.

İndi o, erməni olan hər şeyin “səfir”idir. Əslində isə Avropada və bütün dünyada Ermənistanı, ilk növbədə təbii ki, erməni futbolunu təmsil edir. Mhitaryan fenomeni Ermənistan birinciliyinin oyunlarında demək olar ki, boş qalan tribunalarda xarici jurnalistlər oturanda daha aydın görünür.

Aparıcı klubların da məntiqi bu cürdür: bu ölkədən Mhitaryan çıxıbsa, deməli başqa istedadlar da ola bilər. Təbii ki, Mhitaryanın yaşıdlarının bəxti gətirdi. Onların arasında Avropanın böyük futbolunda “Ayaks”ın tərkibində oynayan Edqar Manuçaryan da qısa müddətlik də olsa parladı. Amma böyük uğur qazana bilmədi.

Amma yeri boş qalmadı, onu Mhitaryan əvəz etdi. Elə həmin dövrdə də  Avropa klublarında öz futbol həyatına Ermənistan yığmasının başqa bir oyunçusu Qevorq Kazaryan da başladı. İndi də öz uğurlu çıxışları ilə o, Portuqaliyanın “Maritim” komandasına Avropa Kubokuna putyovka qazanmağa kömək edir.

Hazırda isə Ermənistanın yeniyetmə və gənclərdən ibarət yığma komandalarda oynayan nəslin vaxtı gəlib çatıb. Onlara da məhz Henrix Mhitaryan amili kömək edə bilər.

IMG_9317

Bu halda da yer boş qalmır. Ötən ildən Ermənistanın idman mətbuatı anlamağa çalışır ki, 17 yaşlı Vaan Biçaxçyanın taleyi necə olacaq. Gümrinin “Şirak” klubunun gənc oyunçusu ötən il Moskvanın Mərkəzi Ordu İdman Klubunda, Belçikanın “Qente” və İtaliyanın “Fiorentine” klublarında sınaq dövrünü keçib. İndi də onun 18 yaşı tamam olanda həyatında nələrin baş verəcəyini gözləmək qalır. Ona maraq hələ 16 yaşlı Vaan Avropa Liqasında özünü göstərəndə və “Şirak”a Gürcüstanın “Dila” klubunun baryerini keçməyə kömək edəndə yarandı.

Böyük futbol tarixi olmayan Ermənistan kimi bir ölkə üçün “Mhitaryan” amilini qiymətləndirməmək mümkün deyil. Bu cür fenomenə sahib olmaq ölkəyə qarşı marağın olmasına zəmanət vermək deməkdir, erməni futbolunun isə hazırda buna böyük ehtiyacı var.


More on JAMnews