Direktora 2,5 il azadlığın məhdudlaşdırılması cəzasının verilməsi cəmiyyəti qəzəbləndirib " />

Məktəb direktoru şagirdin ölümündə günahkar sayılsa da, həbsə göndərilmədi

Direktora 2,5 il azadlığın məhdudlaşdırılması cəzasının verilməsi cəmiyyəti qəzəbləndirib

Şagirdin ölümünə görə məsuliyyət daşıyan məktəb direktoru Sevinc Abbasova üzərində məhkəmə prosesi başa çatıb. Hökm iki il yarım azadlığın məhdudlaşdırılmasından ibarət olub. Bu o deməkdir ki, Abbasovaya gecələr evdən çıxmaq qadağandır və o, elektron bilərzik taxmalıdır.

O, həmçinin intihar edən qızın valideynlərinə mənəvi və maddi ziyana görə kompensasiya ödəməlidir.

Azərbaycanda səs-küylü cinayətlər necə “unudulur”?

Gürcüstan məktəblərində bullinq: fərqli olmaq qadağan olduğu zaman

Cəzasını çəkəndən üç il sonra Sevinc Abbasova yenidən təhsil sistemində vəzifə tuta biləcək.

Qızın valideynləri məhkəmə hökmündən narazıdır və apellyasiya şikayəti vermək niyyətindədirlər.

2019-cu il aprelin 4-də 14 yaşlı Elina Hacıyeva oxuduğu məktəbin üçüncü mərtəbəsinin pəncərəsindən özünü ataraq intihar edib. Buna səbəb digər şagirdlərin onu mütəmadi olaraq qısnaması, məktəb rəhbərliyinin isə problemə göz yumması olub. Hadisə böyük rezonans doğurub və ölkənin vitse-prezidenti Mehriban Əliyeva bu işi öz şəxsi nəzarətinə götürdüyünü elan edib.

Ədalət tələb edən fəallar məhkəmə önünə toplaşıb 

Elina Hacıyeva necə həlak olub?

Elina pəncərədən özünü atandan sonra məktəb direktoru təcili yardım çağırmaq əvəzinə iki saat yaralı qızı öz kabinetində saxlayıb. Orada o, yerli icra hakimiyyətinin yeniyetmələrlə iş üzrə komissiyasının sədri ilə birlikdə Elinanı intihar səbəbləri ilə bağlı suallara cavab verməyə məcbur edib. Üstəlik bütün bunları videoya çəkiblər.

Daha sonra Elinanı nəhayət, xəstəxanaya aparıblar, orada iki gün qalandan sonra uşaq aldığı xəsarətlərdən həyatını itirib.

Həkimlər valideynlərini uşağın yanına buraxmayıb və dəfələrlə vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Əvəzində məktəb rəhbərliyini və yerli icra hakimiyyəti nümayəndələrini reanimasiyaya buraxıblar. Onlar yenidən intihar səbəbini aydınlaşdırmaq üçün Elinanı sorğu-suala tutublar.

Bütün bu təfərrüatlar sosial şəbəkələrə sızır, qəzəbli insanlar ədalət tələb edirdi. İctimaiyyət işin ciddi araşdırılmasını və qızın ölümündə günahı olanların hamısının – məktəb direktorunun, xəstəxana həkimlərinin, məktəb psixoloqunun, sinif rəhbərinin cəzalandırılmasını istəyirdi.

Direktor müavini və məktəb psixoloqu işdən azad edilib.

Həkimlər ümumiyyətlə məsuliyyətdən kənarda qalıb. 

Müttəhimlər kürsüsündə isə ancaq direktor Sevinc Abbasova əyləşməli olub. Onu da işdən çıxarıb, haqqında “intihaqr həddinə çatdırma” maddəsi ilə cinayət işi açıb və istintaq müddətində ev dustaqlığı qətimkan tədbiri seçiblər. Amma sonra ittihamı dəyişərək direktoru yalnız “səhlənkarlıq” və “təhlükədə qoymaq” maddələri üzrə təqsirləndiriblər.

Proses və hökm

Sevinc Abbasova üzərində məhkəmə prosesi sentyabrın 12-də başlanıb.

Direktor özünü təqsirli bilmədiyini elan edib.

Media və ictimaiyyət prosesi diqqətlə izləyib. Həm direktorla bağlı, həm də Elinanın anası haqda çoxlu söz-söhbətlər yayılıb. Bu söz-söhbətlər sosial şəbəkələrdə qızğın müzakirə olunub. Direktor və tərəfdarları valideynlərinin övladları ilə lazımınca maraqlanmadıqlarını iddia edərək uşağın ölümünə görə bütün günahı onların üzərinə yıxmaq istəyib.


More on JAMnews