Məktəb direktorları “Məlumatlı Vətəndaşlar Birliyi” təşkilatını və onun əlaqələndiricisini böhtanda ittiham edirlər" />

Ermənistan. Məhkəmə 30 məktəb direktorunun iddiasını icraata götürüb

Məktəb direktorları “Məlumatlı Vətəndaşlar Birliyi” təşkilatını və onun əlaqələndiricisini böhtanda ittiham edirlər

Aprelin 2-də parlament seçkilərində müşahidəçi missiyasını həyata keçirən “Məlumatlı Vətəndaşlar Birliyi” təşkilatının əlaqələndiricisi Daniel İonnisyan məktəb və uşaq bağçası direktorları ilə telefon danışıqlarını yayıb, səs yazılarına əsasən direktorlar Ermənistan Respublikaçılar Partiyasına (ERP) onları dəstəkləməyə hazır olan seçicilərin siyahısını veriblər.

“Məlumatlı Vətəndaşlar Birliyi” fəaliyyəti vacib məsələlərlə bağlı cəmiyyətin məlumatlılıq səviyyəsinin yüksəldilməsinə istiqamətlənmiş ictimai təşkilatdır.

“Məlumatlı Vətəndaşlar Birliyi” təşkilatının əməkdaşları iş vaxtı ümumtəhsil müəssisələrinin direktorlarına zəng vurub, özlərini respublikaçılar qərargahının nümayəndələri kimi təqdim edərək, bu və ya digər namizədin xeyrinə aparılmış işin həcmi ilə maraqlanıblar. Məktəb direktorları xeyrinə təşviqat apardıqları 12 namizədin adını çəkiblər. 114 məktəb və uşaq bağçası direktorları tərəfindən iqtidar partiyası üçün müəllimlərin və şagirdlərin valideynlərinin şəxsi məlumatlarından ibarət siyahılar hazırlanıb.

İonnisyan iddia edir ki, bu, hakimiyyətin seçkilərdə öz qələbəsini təmin etmək üçün inzibati resurslardan istifadə etdiyini və bununla da qanun pozuntusuna yol verdiyini sübut edir. O, hesab edir ki, Mərkəzi Seçki Komissiyasının ERP-nı seçki marafonundan çıxarmamasına baxmayaraq, telefon danışıqlarının ictimailəşdirilməsi siyasi nəticələrə səbəb olacaq, heç kim hakimiyyətin legitim olduğunu deyə bilməyəcək.

Direktorlar həm Daiel İonnisyana, həm də “Məlumatlı Vətəndaşlar Birliyi”nə qarşı iddia qaldırıblar. Məktəb direktorları İonnisyanı və təşkilatını böhtanda günahlandırır, rəsmi təkzib dərc edərək, 2 milyon dram (4.123 dollar) həcmində kompensasiya ödənilməsini tələb edirlər. Məhkəmə iddiaları icraata götürüb.

ERP öz növbəsində qeyd edib ki, telefon danışıqları ölkənin Seçki Məcəlləsinin pozulduğunu iddia etməyə əsas vermir. Partiya direktorların işdən kənar zamanda təşviqatla məşğul olduğunu bildirib və “Məlumatlı Vətəndaşlar Birliyi”ni siyasi oyunbazlıqda günahlandırıb: “Öz üzərinə dürüst və ədalətli seçki keçirmək missiyası götürmüş bir təşkilat siyasi istiqamətli hərəkətlərə yol verib”.


More on JAMnews