Rusiyanın gömrük əməkdaşlarının işdən azad edilməsilə bağlı petisiyanı 2800 nəfərdən çox adam imzalayıb" />

Kəskin istidə Gürcüstan-Rusiya sərhədində uzunmüddətli növbə

Rusiyanın gömrük əməkdaşlarının işdən azad edilməsilə bağlı petisiyanı 2800 nəfərdən çox adam imzalayıb

Gürcüstan-Rusiya sərhədinin “Yuxarı Lars” nəzarət-keçid məntəqəsində Rusiya tərəfdə yaranan problem üzündən toplanan böyük və uzunmüddətli növbələr uşaqları ilə birlikdə 6-10 saat kəskin istidə maşınlarda və avtobuslarda qalan turistləri son həddə çatdırıb.

Turistlər “Yuxarı Lars” məntəqəsində Rusiyanın gömrük işçilərinin işdən azad edilmısi tələbi ilə petisiya imzalayıblar. Bu tələbi əks etdirən petisiya “Prezidentə petisiya” saytında iyulun 30-da yerəşdirilib və bu zamana qədər 2800-dən çox imza toplanıb.

Avqustun 20-də vəziyyət bir qədər yaxşılaşıb. Bu gecə sərhədi keçən turistlər Rusiyanın «Кавказский узел» informasiya agentliyinə bildiriblər ki, onlar cəmi dörd saat gözləməli olublar, daha əvvəlki kimi altı, yeddi və ya on saat yox.

Avqustun 8-dən Rusiya Fövqəladə Hallar Nazirliyi Rusiya-Gürcüstan sərhədində uzunmüddətli növbələrin yaranması haqda məlumat verməyə başlayıb. Məsələn, avqustin 14-də nazirlik on saat sürən növbə haqda xəbər verib. Bir gün sonra isə FHN və turistlər orta gözləmə həddini 6 saat kimi qiymətləndiriblər. Avqustun 16-da Federal Gömrük Xidməti orta gözləmə həddinin iki-üç dəfəyə qədər azaldığını bildiriblər, baxmayaraq ki, turistlər sosial şəbəkələrdə yeddi saata qədər gözləməli olduqlarını yazırlar.

“Biz dünən 4,5 saata keçə bildik”, – Olya Bayqat avqustun 20-də sosial şəbəkədə yazıb.

“Yenicə evə çatdım. Bütün gecəni Rusiya tərəfdə neytral zonada qalmışam. Bütün gecə Gürcüstan tərəfə maşınlar hərəkət etməyib! Bilmirəm səbəb nədir, ağılabatan bir izahat tapa bilmədim”, – Murat Xatkutov yazıb.

Astemir Unaçevin dərc etdiyi fotodan bəlli olur ki, o, sərhədi dörd saat 17 dəqiqəyə keçib. “Tıxacın səbəbi aydındır. Hər paketə baxırlar. Ölkəyə girişə səkkiz, ölkədən çıxışda bir pəncərə işləyir”, – o, Rusiya gömrükçülərinin işini belə izah edib.

“Sərhədi üç saat 40 dəqiqəyə keçdik! Bir həftə əvvəl Gürcüstana gedirdik və 11 saat gözləməli olduq!” – Alina Ternovskaya bildirib.

Facebook Comments

More on JAMnews