Hakim partiyadan olan namizəd məğlubiyyətini etiraf etdi" />

İstanbul bələdiyyəsinə təkrar seçkilərdə müxalifətçi namizəd qalib gəldi. Fotoreportaj

Hakim partiyadan olan namizəd məğlubiyyətini etiraf etdi

İstanbul bələdiyyəsinə seçkilərdə müxalif Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu qalib gəlir.

Səslərin 99,4%-nin hesablanmasından sonra bu nəticənin əldə olunduğunu demək mümkündür.

Əkrəm İmamoğlu xanımı Dilək ilə. İstanbul, 16 iyun, 2019. REUTERS/Murad Sezer

Aradakı fərq 700 min səsdən artıqdır.

İstanbul sakinləri seçkilər haqqında nə düşünürlər və onun nəticələri nəyə görə vacibdir. JAMnews-un İstanbuldan reportajı

Hakim partiyadan olan namizəd Yıldırım artıq öz məğlubiyyətini etiraf edib, rəqibini təbrik edib və ona “İstanbula yaxşı xidmət etməyi” arzulayıb.

Binali Yıldırım xanımı Semiha və qızı Büşra ilə. İstanbul, 16 iyun, 2019. REUTERS/Murad Sezer

Təkrar səsvemə 31 mart seçkilərinin nəticələrinin ləğv edilməsindən sonra keçirilib.

O zaman Əkrəm İmamoğlu hakim partiyadan olan namizədə az fərqlə qalib gəlmişdi – o, səslərin 48,8%-ni, Yıldırım isə 48,55%-ni toplamışdı.

Prezident Ərdoğanın Ədalət və İnkişaf Partiyası seçkilərin nəticələrinə etiraz etmiş və bəzi seçki məntəqələrində pozuntuların və saxtalaşdırmaların olduğunu bildirmişdi, buna görə də, təkrar sısvermə təyin edilmişdi.

Foto: David Pipia, JAMnews

Foto: David Pipia, JAMnews

Foto: David Pipia, JAMnews

Foto: David Pipia, JAMnews


More on JAMnews