ABŞ prezidenti Tramp bildirib ki, Əbu Bəkr əl-Bağdadi “qorxaq kimi, it kimi ölüb”" />

İslam Dövlətinin lideri ABŞ-ın xüsusi əməliyyatı nəticəsində öldürülüb

ABŞ prezidenti Tramp bildirib ki, Əbu Bəkr əl-Bağdadi “qorxaq kimi, it kimi ölüb”

İslam Dövlətinin (İŞİD) lideri Əbu Bəkr əl-Bağdadi Suriyanın şimal-qərbində Amerika hərbçilərinin Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyilə keçirdiyi əməliyyat nəticəsində qətl edilib. Əməliyyat zamanı əl-Bağdadi üzərinə geyindiyi “şəhid kəmərini” partladaraq özünü öldürüb – CNN xəbər verir.

Ağ Evdə təşkil olunan mətbuat konfransında Tramp xüsusi əməliyyatın təfərrüatları haqda danışıb.

Əməliyyata 8 vertolyot və 3 dron cəlb edilib. Amerika xüsusi təyinatlıları itki verməyib.

Əl-Bağdadi ilə birlikdə bir neçə İŞİD silahlısı və üzərinə geyindiyi “şəhid kəmərini” partladan üç qadın da həlak olub.

Prezident Trampın sözlərinə görə, əl-Bağdadi də üç uşağı ilə birlikdə özünü partladaraq öldürüb. Bu, İŞİD liderinin itlərlə təqib olunduğu yeraltı tuneldə baş verib. “O, qorxaq kimi, it kimi ölüb”, – Amerika prezidenti bildirib.

Əməliyyat keçirilən yerdə olan daha on bir uşaq zərər görməyib, onlar oradan evakuasiya ediliblər.


More on JAMnews