İş üçün Ukrayna hökumətinə dəvət olunan əcnəbilərin taleyi necə oldu " />

İslahatlar üçün Ukrayna vətəndaşlığı: ekspat məmurlar nəylə məşğul olur

İş üçün Ukrayna hökumətinə dəvət olunan əcnəbilərin taleyi necə oldu

6f7d5c529f047123e

Gürcü Eka Zquladze (sağdan) və Xatiya Dekanoidzeyə (soldan) Ukrayna vətəndaşlığının verilməsini DİN başçısı Arsen Avakov xahiş edib (mərkəzdə), pasportları onlara prezident təqdim edib Foto: Andrey Kravçenko\ POOL

Qromadskoyenin materialı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili artıq Ukrayna vətəndaşı deyil. Pyotr Poroşenko ona özünün təqdim etdiyi vətəndaşlığını dayandırıb. O vaxtlar Ləyaqət inqilabından sonra Poroşenko əcnəbi islahatçılara Ukrayna pasportları paylayırdı. 2015-ci ildə  978, 2016-cı ildə isə 809 nəfər pasport aldı. Onlardan 131 nəfəri rusiyalı, 97 nəfəri suriyalı, 47 nəfəri gürcülər idi. Gromadskoye Ukrayna vətəndaşlığını alanların aqibətinin necə olduğunu xatırlayır.

Xatiya Dekanoidze

Saakaşvili komandasının üzvüdür. 2015-ci ildə Ukrayna vətəndaşlığını alıb. Daxili işlər naziri Arsen Avakovun müşaviri olub. Sonra 2015-ci ilin noyabr ayında Ukraynanın Milli polisinə başçılıq edib.  Onun rəhbərliyi altında Kiyev polisinin ali komanda heyəti 80% yenilənib.

Bir il sonra Dekanoidze istefa verərək bildirib ki, əsas vəzifələrini yerinə yetirib, islahatları başa çatdırmaq üçün isə səlahiyyəti çatmadı.

2017-ci ilin may ayında Dekanoidze Gürcüstan vətəndaşlığını bərpa edərək, ölkəyə qayıtdı.  

Mariya Qaydar

Rusiyalı müxalifətçi siyasətçi, 1990-cı illərin islahatçısı olan Yeqor Qaydarın qızı Ukraynaya 2015-ci ilin iyul ayında köçüb. Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin sosial siyasət üzrə müavini oldu, artıq avqust ayında isə Ukrayna vətəndaşlığını aldı. Qaydara pasportu Ukrayna prezidenti Pyotr Poroşenko təqdim edib. 2015-ci ilin payızında Mariya Qaydarı “Pyotr Poroşenkonun bloku” fraksiyasından Odessa vilayət şurasına deputat seçdilər.

2016-cı ilin sentyabr ayında Mariya Qaydar Rusiya vətəndaşlığından çıxarılma xahişiylə müraciət edib. 2017-ci ilin mart ayında Pyotr Poroşenko Qaydarı özünün ştatdankənar müşaviri təyin edib.

Mariya Qaydara pasportu şəxsən prezident Poroşenko təqdim edib Foto: president.gov.ua

Saşa Borovik

Saakaşvili komandasının daha bir üzvü, əslən Lvovdan olan Saşa Borovik 2011-ci ildə Almaniya vətəndaşlığını alıb və Ukrayna vətəndaşlığından imtina edib. Ukrayna vətəndaşlığını 2015-ci ildə Odessa şəhər şurasının deputatı seçiləndə bərpa edib. Paralel olaraq Borovik Saakaşvilinin müavinin vəzifələrini icra edib.

2016-cı ildə Borovik öz vəzifəsini tərk etməyə məcbur olub: dövlət xidməti haqqında yeni qanun məmurlara Ukrayna vətəndaşlığından başqa hər hansı bir başqa ölkənin vətəndaşı olmasını qadağa edirdi. 2017-ci ilin yazında prezident onun vətəndaşlığını dayandırdı.

“… Borovik imza atıb ki, Ukrayna dövləti qarşısında başqa vətəndaşlıqdan imtina etmək öhdəliyini öz üzərinə götürür. O, bu, öhdəliyini unudub”, – deyə Poroşenko bildirdi.

Bir ildən çoxdur ki, Borovik xaricdədir. Hakimiyyətin qərarını konstitusiyaya zidd adlandırır, çünki Ukrayna pasportunu aldığı zaman ikinci vətəndaşlıq almayıb və hər hansı başqa ölkənin dövlət xidmətində işləməyib.

Saakaşvili komandasının üzvü (sağdan), Almaniya vətəndaşı, Saşa Borovik (soldan) Ukrayna vətəndaşlığını 2015-ci ildə bərpa edib
Foto: Sasha Borovik səhifəsi “Facebook”da

David Sakvarelidze

Saakaşvilinin Gürcüstanda iş üzrə məsləkdaşı Ukrayna vətəndaşlığını 2015-ci illərin əvvəllərində alıb. Sakvarelidze baş prokurorun müavini olub. Prokurorluqda korrupsiyanın, o cümlədən “brilyant prokurorların” işinin araşdırılması sayəsində tanınıb. 2015-ci ilin sentyabr ayında Sakvarelidze Odessa vilayətinin prokurorluğuna başçılıq edib, növbəti ildə isə orqanlardan kənarlaşdırılıb.

Bundan sonra özünün işdən kənarlaşdırılan kolleqası Vitali Kasko ilə birlikdə Sakvarelidze “Xvılya” (“Dalğa”) partiyasını yaradır, partiyanın əsas məqsədini korrupsiya ilə mübarizədə görürdü. Sonradan Mixail Saakaşvilinin “Rux novix sil” (“Yeni qüvvələrin hərəkatı”) partiyasına qoşulur.  

Bu ilin may ayında Sakvarelidze özünün “Facebook” səhifəsində yazır ki, prezident Poroşenko “özünün növbəti avantürası – biz, gürcülərin Ukrayna vətəndaşlığından məhrum edilməsi üçün qrup yaradır”.

David Sakvarelidze (sağdan) baş prokurorun müavini vəzifəsini tutmaq üçün Ukrayna vətəndaşlığını alır, təyinatından bir il sonra isə işindən kənarlaşdırılır və Saakaşvilinin “Yeni qüvvələrin hərəkatı” partiyasına qoşulur.
Foto: “Facebook”da David Sakvarelidze səhifəsi

Ayvaras Abromaviçus

Ukraynanın keçmiş iqtisadi inkişaf və ticarət naziri, litvalı Ayvaras Abromaviçus Ukrayna vətəndaşlığını 2014-cü ilin dekabr ayında alıb. Litva istisna olaraq ona öz pasportunu saxlamaq icazəsi verib.  

Abromaviçus bir ildən bir az çox nazir postunda qalıb, korrupsiya və Prezident administrasiyası tərəfindən təzyiqdən şikayət edərək istefa verib.

Kiyevdə qalır. Onun sözlərinə görə, Ukraynada və xaricdə biznes layihələri, sərmayələrin ölkəyə cəlb edilməsi ilə məşğul olur. Ukrayna Sahibkarları Birliyinin (USB) müstəqil direktoru olub. Ukrayna vətəndaşlığını saxlayıb.   

Litvalı Abromaviçus (mərkəzdə) Ukrayna vətəndaşlığını 2014-cü ildə Ukraynanın iqtisadi inkişaf naziri postunu tutmaq üçün alıb
Foto: Andrey Kravçenko / POOL / UNİAN

Eka Zquladze

Gürcüstanın keçmiş daxili işlər naziri Eka Zquladze Ukraynaya 2014-cü ilin axırlarında köçüb. DİN başçısı Arsen Avakov ona Ukrayna vətəndaşlığının verilməsini xahiş edib. Zquladzeyə pasportu prezident verib, bundan sonra Zquladze daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.  

2016-cı ilin may ayında o, istefa verir, amma söz verir ki, DİN-də islahatların həyata keçirilməsinə davam edəcək və Arsen Avakovun müşavirlər qrupuna başçılıq edəcək. Amma sonradan ərinin yanına Fransaya yollanır.


More on JAMnews