ABŞ Konqresi İrana qarşı yenidən sanksiya tətbiq edilib-edilməməsi haqda qərar verəcək" />

İranla sövdələşmə: Tramp rədd edir, Avropa dəstəkləyir

ABŞ Konqresi İrana qarşı yenidən sanksiya tətbiq edilib-edilməməsi haqda qərar verəcək

ABŞ prezidenti Donald Trampın Tehrandakı çıxışının yayımı. 2017-ci il 13 oktyabr. Nazanin Tabatabaee Yazdi/TIMA via REUTERS

Böyük Britaniya, Fransa və Almaniya liderləri bəyan ediblər ki, İranla nüvə sövdələşməsi “təhlükəsizlik sahəsində onların ümumi maraqlarına cavab verir”, baxmayaraq ki, ABŞ prezidenti Tram tərəfindən rədd edilib – CNN xəbər verir.

2017-ci il oktyabrın 13-ü cümə günü Donald Tramp bildirib ki, 2015-ci ildə imzalanmış çoxtərəfli sazişin müddətini uuzatmayacaq, çünki İran tərəfindən şərtlərə əməl olunmur.

İranın nüvə proqramının məhdudlaşdırılması haqda çoxtərəfli saziş 2015-ci ildə İran, BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya tərəfindən imzalanıb və BMT-nin təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib. Sazişin mahiyyəti ondadır ki, İran nüvə silahının və ballistik raketin yaradılmasından imtina edir, əvəzində isə beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılır. ABŞ prezidenti Barak Obamanın xarici siyasət sahəsində ən mühüm nailiyyəti hesab edilir.

Amma Böyük Britaniya, Fransa və Almaniya dövlət başçılarının elə həmin gün yayımlanan birgə bəyanatında deyilir ki, bu ölkələr “bütün tərəflərin bu sazişə tam əməl olunmasında” israr edir.

Merkel, Mey və Makronun bəyanatında bildirilir ki, İran tərəfindən heç bir pozuntu qeydə alınmayıb, sənəd isə BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə dəstəklənib.

Trampın qərarından sonra ABŞ Konqresi iki ay ərzində İrana qarşı yenidən sanksiyaların tətbiq edilib-edilməyəcəyinə qərar verməlidir. Əgər bu baş versə, imzalanmış sazişin pozulması demək olacaq.

Tramp İranla münasibətdə sazişlə əlaqəsi olmayan digər məsələlərdə də Amerikanın mövqeyini sərtləşdirəcəyini vəd edib.


More on JAMnews