Narkotik yük maşınının baqaj yerində gizlədilibmiş" />

İrandan Ermənistana 105 kq heroin keçirilməsinin qarşısı alınıb

Narkotik yük maşınının baqaj yerində gizlədilibmiş

Ermənistan-İran sərhədində Meğri gömrük məntəqəsində bu gün ölkəyə 105 kq heroin keçirmək cəhdinin qarşısı alınıb.

İri partiya narkotiki maşının avtorefrijeratorunda, baqajda əvvəlcədən hazırlanmış gizlin yerdə keçirməyə çalışıblar. Yük avtomobilinin sükanında Türkiyə vətəndaşı Ferdi Özdemir olub. Maşının Gürcüstanın “Omertransport” MMC-yə məxsus “DAF” şirkəti adına qeydiyyatda olduğu məlumdur.

İş üzrə bütün materiallar artıq Milli Təhlükəsizlik Xidmətinə göndərilib.

“2017-ci il ərzində Ermənistana narkotik və psixotrop maddələrin gətirilməsinə 71 cəhdin qarşısı alınıb. Təcrübə göstərir ki, narkotiklərin sərhəddən qanunsuz keçirilməsi hallarının əksəriyyəti məhz Ermənistan-İran sərhədində baş verir. Poçt banderolları vasitəsilə də narkotik keçirmək cəhdləri olur”, – Dövlət Gəlirləri Komitəsindən bildirilib.

Bu ilin ötən ayları ərzində 206 gömrük pozuntusu qeydə alınıb.


More on JAMnews