Səbəb İran Amerikanın zərbəsini gözlədiyi zaman baş verən yanlışlıq olub. Tehran bunu “bağışlanmaz” səhv adlandırıb" />

İran Ukrayna təyyarəsini vurduğunu etiraf etdi

Səbəb İran Amerikanın zərbəsini gözlədiyi zaman baş verən yanlışlıq olub. Tehran bunu “bağışlanmaz” səhv adlandırıb

Tehran etiraf edib ki, Ukraynanın Beynəlxalq Hava Yolları şirkətinə məxsus göyərtəsində 176 nəfərin olduğu Kiyevə uçan Boinqi İran hərbçiləri səhvən vurub – BBC xəbər verib. Qəza nəticəsində sağ qalan olmayıb.

Təyyarə yanvarın 8-də Tehran beynəlxalq aeroportundan havalanandan bir neçə dəqiqə sonra vurulub. Bu, İran Amerikanın İraq ərazisindəki iki hərbi bazasına raket zərbələri endirəndən bir neçə saat sonra və cavab zərbəsi gözlədiyi zaman baş verib.

İran prezidenti Ruhani öz bəyanatında baş verən hadisəni “dəhşətli səhv” adlandırıb:

“Boinq İran İslam İnqilabı Keşikçiləri Korpusunun məxfi obyektinə yaxınlaşarkən “qəsdsiz” vurulub, hərbçilər onu rəqibin uçan apparatı zənn ediblər”.

İran prezidenti söz verib ki, bütün günahkarlar məsuliyyətə cəlb olunacaq.

Daha əvvəl İran insidentə aidiyyatının olduğunu inkar edirdi və qəza səbəbinin təyyarənin texniki problemlərinin ola biləcəyini bildirirdi.

Yaxın Şərqdə müharibə təxirə salınır? ABŞ və İran qarşılıqlı raket zərbələrindən sonra dayana bilərlər

Qasım Süleymani kim idi? Onun ölümü nələrə səbəb ola bilər?

Süleymaninin ölümü – Azərbaycan, Ermənistan və Gürcüstanda nə danışırlar, həmçinin dünya ictimaiyyətinin reaksiyası

Tehran aeroportundan havalanandan az sonra İranın zenit raketi ilə səhvən vurulan Ukrayna hava yollarına məxsus təyyarənin sərnişinlərinin əşyaları. 8 yanvar, 2020. Nazanin Tabatabaee/WANA (West Asia News Agency) via REUTERS


More on JAMnews