Tehranda polis Ukrayna təyyarəsinin vurulmasından sonra rejimin dəyişməsini tələb edən minlərlə nümayişçiyə qarşı gözyaşardıcı qaz istifadə edib" />

İran: həlak olanların anım mərasimi diktaturaya qarşı etirazlara çevrilib

Tehranda polis Ukrayna təyyarəsinin vurulmasından sonra rejimin dəyişməsini tələb edən minlərlə nümayişçiyə qarşı gözyaşardıcı qaz istifadə edib

Tehranda polis izdihamlı nümayişi dağıtmaq üçün gpzyaşardıcı qaz tətbiq etmək məcburiyyətində qalıb – CNN xəbər verir.

İnsanlar Tehran-Kiyev reysi ilə uçan təyyarənin həlak olmuş 176 nəfər sərnişini və ekipaj üzvünün xatirəsini yad etmək üçün İran paytaxtında Əbubəkir universiteti qarşısında toplaşıblar. Təyyarə ABŞ-ın İraqdakı hərbi bazalarına edilən raket hücumundan sonra Amerikadan cavab zərbəsi gözlənilən zaman İran hərbçiləri tərəfindən səhvən vurulub.

İran Ukrayna təyyarəsini vurduğunu etiraf etdi

Yaxın Şərqdə müharibə təxirə salınır?

Tezliklə matəm mərasimi hökumətə qarşı nümayişə çevrilib. Aksiya iştirakçıları “Diktatora ölüm!” və “Xameneiyə ar olsun, ölkədən rədd ol!” şüarlarını səsləndiriblər.

İran: həlak olanların anım mərasimi diktaturaya qarşı etirazlara çevrilib

Əli Xamnei İranın ali dini rəhbəridir. O, artıq 30 ildir ki, hakimiyyətdədir və onun bu mövqedə qalmaq müddəti ilə bağlı heç bir konstitusion məhdudiyyət yoxdur.

Etirazçılar saxlanılan şəxsləri polisin əlindən almaq üçün onlarla əlbəyaxa da olublar.

Sonuncu dəfə Tehranda və başqa şəhərlərdə hökumət əleyhinə böyük etirazlar 2019-cu ilin noyabrında baş tutub. O zaman buna iqtisadi vəziyyətin kəskin pisləşməsi səbəb olmuşdu.

 


More on JAMnews