Onlardan üçünü xilas etmək mümkün olmadı " />

İran dənizçiləri Bakıya gedən gəmidə zəhərləndilər

Onlardan üçünü xilas etmək mümkün olmadı

Göyərtəsində taxıl olan İranın “Nazmehr” quru yük gəmisi Aktaudan Bakıya gəldiyi zaman Azərbaycan sahilinə az qalmış – Pirallahı adasından 21 mil məsafədə heyət üzvlərinin kütləvi zəhərlənməsi səbəbindən təcili yardım istəyib. Onlara köməyə Azərbaycan Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin keşikçi gəmisi göndərilib.

Heyət üzvlərindən üç nəfər ölüb, digərləri xəstəxanadadır. Həkimlərin sözlərinə görə, onların vəziyyəti yaxşıdır. İran səfirliyinin konsulluq şöbəsinin əməkdaşları xəstəxanada olan dənizçilərlə görüşüblər.

Azərbaycan mətbuatında dərc edilmiş ilkin versiyaya görə, zəhərlənməyə səbəb taxılın işləndiyi kimyəvi maddə olub. Lakin İran səfirliyinin nümayəndəsi hələlik hadisəni şərh etmək istəmədiyini bildirib və əlavə edib ki, səbəblər ekspertizadan sonra məlum olacaq.


More on JAMnews