Bakıda Azərbaycan prezidentinin inauqurasiyası keçirilib" />

İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına and içib

Bakıda Azərbaycan prezidentinin inauqurasiyası keçirilib

İlham Əliyev bu gün rəsmən dördüncü dəfə Azərbaycan prezidenti vəzifəsinin başına keçib. Seçilmiş prezident Azərbaycan Konstitusiyası və Quran üzərində and içib.

İnauqurasiya mərasiminə ənənəvi olaraq əcnəbi qonaqlar dəvət edilməyib. Atası Heydər Əliyevdən fərqli olaraq hazırkı prezident inauqurasiya mərasimini Bakının əsas sarayında yox, parlament binasında keçirməyə üstünlük verir.

Əliyev mərasimin əvvəlində bütün tərəfdaşlarına təşəkkür edib və bildirib ki, seçkilər ədalətli keçib, Azərbaycan xalqının iradəsini ifadə edib.

“Azərbaycan Respublikası prezidenti səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqıma ləyaqətlə xidmət edəcəyimə and içirəm!” – İlham Əliyev deyib.

Əliyev bunları əlavə edib:

“Əlimi Müqəddəs Qurana basaraq Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağıma, daima onları qoruyacağıma and içirəm”.

İnauqurasiya mərasimindən dərhal sonra prezident qanuna əsasən, bütün hökuməti istefaya göndərib.

Ekspertlərin fikrincə, yaxın günlərin ən əsas intriqasıAzərbaycanın yeni baş nazirinin adının açıqlanması olacaq. Bugünə qədər bu vəzifəni 83 yaşlı Artut Rəsizadə tuturdu. Yaşının çox olması və sağlamlıq durumu səbəbilə çox güman ki, onu daha gənc və enerjili menecer əvəz edəcək. Namizədlər arasında maliyyə naziri Samir Şərifovun, baş nazirin müavini Yaqub Eyyubovun və Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun adları çəkilir.


More on JAMnews