Totalitarizm geri çəkilir, amma hakimiyyətlə mübarizədə “xalq” adından danışanlar çoxalır və demokratik institutları sıxışdırır" />

Human Rights Watch-un analizi: Cənubi Qafqaz respublikalarının ümumi cəhətləri çox olsa da, yaxşı tərəfləri azdır

Totalitarizm geri çəkilir, amma hakimiyyətlə mübarizədə “xalq” adından danışanlar çoxalır və demokratik institutları sıxışdırır

Ən nüfuzlu beynəlxalq insan haqları təşkilatlarından biri – Human Rights Watch 2017-ci il üzrə illik hesabatını dərc edib. Hesabat “Populizm təhlükəsinə müqavimət” adlanır.

Hesabatın ön sözündə bu təşkilatın icraçı direktoru Kennet Rot bildirir: bütün dünyada populist siyasətçilərin baş qaldırması bir il əvvəlki qədər uğurlu görünmür. Hakimiyyətlə mübarizədə “xalq” adından çıxış edənlərin sayı artır, onlar azlıqlara hücum edir, demokratik institutları sıxışdırırlar. Amma eyni zamanda dünyanın müxtəlif ölkələrində onlara qarşı müqavimət də artır.

Human Rights Watchun bu hesabatında Cənubi Qafqaz ölkələri necə görünür?

Ermənistan

Yerevan, Foto: REUTERS/David Mdzinarishvili

• Ötən parlament seçkiləri və Ermənistanı prezident respublikasından parlament respublikasına çevirən konstitusiya dəyişikliyi seçki sisteminə olan etimadı gücləndirməyib.

• Hakim Respublikaçılar partiyası pozuntular haqda çoxsaylı məlumatlar fonunda yenə də dominant olub

• 2016-cı ilin iyulunda Yerevanda dinc etiraz iştirakçılarına qarşı hədsiz güc tətbiq edilməsinə görə məsuliyyət daşıyan rəsmi şəxslər cəza çəkməyib.

• Ötən parlament seçkiləri və Ermənistanı prezident respublikasından parlament respublikasına çevirən konstitusiya dəyişikliyi seçki sisteminə olan etimadı gücləndirməyib.

• Hakim Respublikaçılar partiyası pozuntular haqda çoxsaylı məlumatlar fonunda yenə də dominant olub

• 2016-cı ilin iyulunda Yerevanda dinc etiraz iştirakçılarına qarşı hədsiz güc tətbiq edilməsinə görə məsuliyyət daşıyan rəsmi şəxslər cəza çəkməyib.

• Ermənistanda hüquq müdafiəçiləri hələ də təhdidə məruz qalır

• Ailədaxili zorakılıq ciddi problem olaraq qalır. Qadın təşkilatları hökumətin təklif etdiyi məişət zorakılığına qarşı qanuna qarşı çıxıblar, çünki bu qanunun ilk növbədə qurbanların qorunmasına deyil, boşanmaların qarşısını almağa yönəldiyindən ehtiyat ediblər.

• Əlil uşaqlar hələ də keyfiyyətli təhsildən məhrumdur və ailədən uzaq xüsusi qurumlarda yaşamaq məcburiyyətindədir.

Azərbaycan

Bakı. Foto JAMnews

• 2017-ci ildə Azərbaycan hakimiyyəti öz tənqidçilərinə qarşı təzyiqi gücləndirib. Ən azı 25 jurnalist, gənclər və hüquq müdafiə təşkilatlarının fəalı siyasi motivli ədalətsiz proseslər nəticəsində uzunmüddətli həbs cəzalarına məhkum edilib.

• Onlarla müxalifətçi təhdid və təzyiqə məruz qalıb, onlara qarşı cinayət işləri qaldırılıb, onlar ölkəndən getməyə məcbur ediliblər.

• Hüquq müdafiə təşkilatlarının fəaliyyətini və onların bu fəaliyyət üçün maliyyənin axtarışını çətinləşdirən dəhşətli qanunlar qəbul edilib.

• Məhbuslara qarşı işgəncə və onların qeyri-insani şəraitdə saxlanması davam etdirilir

• Amansız kampaniya nəticəsində polis onlarla LGBT üzvünü həbs edib və qeyri-insani şəraitdə saxlayıb

• Bir neçə illik müşahidə və dəfələrlə xəbərdarlıqdan sonra Dövlət İnstitutlarının İnkişafı üzrə Beynəlxalq Koalisiya vətəndaş cəmiyyətinin inkişafını məhdudlaşdırdığı üçün Azərbaycanın qurumdakı üzvlüyünü dayandırıb.

Gürcüstan

Tbilisi. Foto: REUTERS/David Mdzinarishvili

• “Gürcü arzusu” iqtidar partiyası ölkənin parlament respublikasına çevrilməsinə dair konstitusiya dəyişikliyinə nail olub, amma bu zaman ictimai konsensusu təmin etməyib.

• Gürcüstanda əvvəlki kimi hələ də hüquq-mühafizə orqanlarının əməkdaşlarının məsuliyyətə cəlb olunması üzrə effektiv mexanizm mövcud deyil. 2016-cı ilin noyabrından aparıcı hüquq müdafiə təşkilatı olan Gənc Hüquqşünaslar Assosiasiyası hüquq mühafizəçiləri tərəfindən işgəncə və qeyri-insani davranışla bağlı ən azı 20 şikayət alıb.

• 2017-ci ilin mayında Azərbaycandan olan siyasi qaçqın Əfqan Muxtarlı onun öz sözlərinə görə, Tbilisidə polis formalı şəxslər tərəfindən saxlanılıb, döyülüb, daha sonra isə Azərbaycana göndərilib. İstintaq gedir.

• Narkotik asılılığından əziyyət çəkən şəxslər üçün alternativ terapiya imkanı hələ də məhduddur.

• 2017-ci ilin martında parlament xüsusi xidmət orqanları üçün vətəndaşların şəxsi məlumatlarını və yazışmalarını daha əlçatan edən qanun qəbul edib. Bu addım Konstitusiya Məhkəməsinin mövqeyinin əksinə atılıb.

• Yeni konstitusiya ailəni “kişi və qadının ittifaqı” kimi təyin edir. Hüquq müdafiə təşkilatları qorxurlar ki, hakimiyyətin bu mövqeyi cəmiyyətdə homofobiyanın güclənməsinə gətirib çıxara bilər.

• Son beş ildə Gürcüstanda 270 nəfər müəssisələrdə əmək təhlükəsizliyi nəzərə alınmadığı üçün həlak olub.


More on JAMnews