Tələbələr və velosipedçilər üçün cənnət" />

Hollandiya təkcə Amsterdam deyil: Utrextdə heyrətləndirən 7 şey. Hekayələr və fotolar

Tələbələr və velosipedçilər üçün cənnət

Canal in Utreht, The Netherlands

Velosipedlərin təbiətdə dövriyyəsi  

Utrext Niderlandın ən “velosipedpərəst” şəhərlərindən biridir. Şəhər faktiki olaraq velosipedlərə uyğunlaşdırılıb, maşınlar, avtobuslar və piyadalar isə divar dibinə sıxılıb, hələ qanundankənar elan edilmədikləri üçün minnətdarlıqlarını bildirirlər.

Улица в Утрехте, Нидерланды. Велосипеды. Utrext velosipedlər. Utrecht bikes, The Netherland

Utrext sakini üçün velosipedsiz qalmaq qıçını qırmağa bərabərdir. Bədbəxtlikdən, Utrextdə velosipedləri addım-başı oğurlayırlar. Axtarmaq mənasızdır, buna görə də velosipedi oğurlananlar bir müddət matəm saxlayaraq piyada gəzirlər. Sonra isə yenisini, ya da istifadə olunmuşunu alırlar. Çox güman ki, aldıqları ikinci əl velosiped də başqasından oğurlanmış olur.

Başqa gözəl və heyrətamiz şəhərlər haqda hekayələr:Paris•Brüssel •Dubay •Praqa •İstanbul

Yalançı hava hücumu həyəcanı 

Hər ayın ilk bazar ertəsi bütün ölkədə təlim niyyətilə hava hücumundan həyəcan təşkil edilir ki, sistemin işlədiyindən əmin olsunlar.

Bu ənənədən xəbərsiz olan qonaqlara qorxu təmin olunub. Günəşli yay günü oturub səhər yeməyini yeyirsən, heç kimlə işin yoxdur, birdən filmlərdən yaxşı tanış olan sirena səsi yüksəlir.

Bunker mənzərəli idilliya

Utrext balaca şəhərdir – 400 min nəfərə yaxın sakini var. Ətrafa boylanmağa macal tapmamış şəhər bitir – ətrafda isə sahələr, göllər, dəyirmanlar sıralanıb, fermaların ərazilərində kök inəklər otlayır. 

Bütün bu idilliyanın ortasında isə bunkerlər ucalır. Daha doğrusu, qorxunc görkəmli beton sığınacaqlar.

Bunları 30-cu illərdə, Hollandiya Almaniyaya qarşı hücuma hazırlaşdığı zaman tikilib. Müharibə çoxdan qurtarıb, bunkerlər isə qalıb və onlara toxunmamaq qərarına gəliblər. Bəzilərində müasir incəsənət sərgiləri keçirilir. 

Утрехт, пейзажи с бункерами Utrext, bunkerlərlə mənzərələr Utrecht, landscapes with bunkers

Məsciddə kabab və butikdən kartof 

Utrextdə kabab bişirilən restoranlar və kafelər həddən artıq çoxdur. Bir çox Avropa şəhərlərində də belədir, amma təəccüblü odur ki, bu kabab restoranı Utrextdə bir neçə il əvvəl inşa edilən futuristik şüşə məscidin birinci mərtəbəsində yerləşir.

Источник: twitter.com

Turistlər və tələbələr

Utrextdə turistlərin sayı Amsterdamdan daha azdır, əvəzində tələbələr daha çoxdur. Şəhərdə səkkizə qədər müxtəlif universitet və akademiya var. Gənclər və tələbələr olan yerdə isə istənilən zövqə uyğun məclislər olur. Hətta qonşu şəhərlərdən də Utrextə əylənməyə gəlirlər.

 

LGBT və marixuana

Hollandiya haqda Qafqaz stereotiplərinə inansaq, burada hər tin başı göyqurşağı rənglərində bayraqlar asılmalı və hər dalandan “şey” qoxusu gəlməlidir. Əslində isə belə deyil.

Həqiqətən də bir çox Amsterdan məhəllələrində (məsələn, dəmiryolu vağzalı ətrafında) sıra ilə düzülmüş kofeşoplardan yayılan tünd şirin marixuana qoxusu aləmi bürüyür. Amma Utrextdə vəziyyət başqadır: əgər məxsusi olaraq “şey” axtarmasan, özü dalandan qəfil qarşına çıxan deyil.

LGBT-ə və göyqurşağı rəngli bayraqlara gəlincə, bəli, onlar var. Şəhər hakimiyyəti cəmiyyətə inteqrasiya və LGBT hüquqlarına qarşı hörmət məsələsinə çox kreativ yanaşıb. Məsələn, Utrextdə işıqforların yaşıl siqnalında kişiyə bənzəyən ənənəvi adam işarəsi yerinə iki qızdan ibarət sevgili cütlük görmək mümkündür.

Beynəlmiləlçi şəhər

Utrext zahirən əsl açıqçaların üzərindəki qədim şəhər kimidir. Qafqaz sakini üçün belə şəhərdə onlarla müxtəlif millət nümayəndələrinin birlikdə yaşadığını görmək qəribə gəlir. Üstəlik də bura paytaxt deyil, əyalətdir.

Ruslar, surinamlar, polyaklar burada öz kafe və restoranlarını, dükanlarını, bərbərxanalarını açır və əsasən vətənlərində yaşadıqları həyat tərzini davam etdirirlər.

Hərçənd, bəzi yerli ənənələri də qəbul edirlər. Məsələn, ailədə kimsə məktəbi və ya universiteti bitirəndə, onun belçantasını ölkə bayrağı ilə birlikdə pəncərədən asırlar.


More on JAMnews