Amma Rusiyanın qubernator seçildiyi 16 subyektinin hamısında Kremlin təyin etdiyi liderlər yenidən seçilib. Seçkilər Ninza tısbağa və digər qəhrəmanların iştirakı ilə keçirilib" />

Hakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyası

Amma Rusiyanın qubernator seçildiyi 16 subyektinin hamısında Kremlin təyin etdiyi liderlər yenidən seçilib. Seçkilər Ninza tısbağa və digər qəhrəmanların iştirakı ilə keçirilib

Rusiyada sentyabrın 8-də keçirilən regional seçkilərin nəticələri açıqlanıb. Bu seçkilərə hazırlıq aylarla davam edən misilsiz qalmaqallar, etiraz aksiyaları və repressiyalarla müşayiət olunub.

Qısaca nəticələr belədir:

  • Şəhər parlamentinə (Moskva şəhər Duması) deputatların seçildiyi Rusiya paytaxtında nəticə sensassiyalı olub – hakimiyyət çoxluq əldə edə bilməyib. 45 yerdən azı 20-ni müxalif parlament partiyalarından irəli sürülən namizədlər qazanıb. Ötən seçkilərdə belə seçki dairələrinin sayı ancaq yeddi idi.
  • Amma Rusiyanın qubernator seçkisi keçirilən 16 subyektinin hamısında Kreml tərəfindən təyin olunmuş hazırkı region rəhbərləri liderlik edir.

Rusiya – seçkilər, yoxsa siyasi böhran?

• Moskva: müxalifətçilərə qarşı uzun müddətli həbs cəzaları – tvitlərə və etiraz aksiyasında iştiraka görə

Moskva

Rusiyanın iki əsas şəhərində – Moskva və Sankt-Peterburqda qanunvericilik orqanına keçirilən seçkilər ən mühüm idi. Yerli hakimiyyə müxtəlif səbəblərlə müstəqil namizədləri qeydiyyata almaqdan imtina edib, bu da kütləvi etiraz aksiyalarına gətirib çıxarıb. Bu etirazlarda on minlərlə insan iştirak edib.

Hakimiyyət reprsssiyalarla qarşılıq verib: yüzlərlə insan 30 sutkaya qədər inzibati həbs və böyük məbləğdə cərimələrlə cəzalanıb, altı nəfər cinayət məsuliyyətinə cəlb olunaraq iki ildən beş ilə qədər azadlıqdan məhrum ediblib.

Moskvada hakimiyyət nümayəndələrinin məğlub olduğu həmin 20 dairədə Kommunist, Ədalətli Rusiya və “Yabloko” partiyalarının namizədləri mandata sahib olub.

Bütün bu 20 namizəd seçicilərə Rusiya müxalifətinin lideri Aleksey Navalnı tərəfindən tövsiyə olunub.

Onun “ağıllı səsvermə” adlandırdığı ideya baxışlardakı fərqləri nəzərə almadan birlik halında səs verməkdən – hakimiyyət nümayəndəsi ilə rəqabətdə qalibiyyətə ən çox şansı olan namizədi dəstəkləməkdən ibarət idi.

Moskva meri Sergey Sobyanin Moskva şəhər Dumasına keçirilən seçkiləri “bütün son tarix boyu ən emosional və real rəqabətli” seçki adlandırıb.

Seçkilərin emosional olması ilə bağlı – Moskvada seçki məntəqələrinin yaxınlığında sentyabrın 8-də bütün günü qeyri-adi tamaşalar keçirilib. Seçiciləri səsverməyə Ninza tısbağa, leqo Ninzyaqo və digər uşaq qəhrəmanlarının qiyafələrində aktyorlar dəvət edib. Moskvada həmçinin seçkilərin təbliği məqsədilə gülçülər müsabiqəsi keçirilib.

 

Şəhərdə bu sayaq konsertlər də təşkil olunub:

Eyni zamanda Moskvada səsvermə günü 14 nəfər saxlanılıb, onlardan bir qismi “Moskva işi” üzrə həbs olunanların şəkli əks olunan köynəklərdə olub. Bu iş üzrə bir neçə nəfər sosial şəbəkədə yazdığı statusa və ya “polisin dəbilqəsinə toxunduğuna” görə iki ildən beş ilə qədər azadlıqdan məhrum edilib.

Burada rəsmi nəticələr çox ləng dərc olunub, “Vahid Rusiya” partiyasının əsas namizədi Andrey Metelskinin dairəsində isə protokolların nəticələrini ümumiyyətlə dərc etmək istəməyiblər.

Müğənni Diana Qurtskayanın küçədə onun şərəfinə oxuduğu “Mən başqa namizəd görmürəm” mahnısı sosial şəbəkələrdə böyük istehzaya səbəb olub. Problem ondadır ki, müğənni gözdən əlildir.

Rusiyanın əsas müxalifətçisi Aleksey Navalnının təşəbbüsü ilə Moskvanın üç dairəsində “internet səsvermə” sistemi test edilib. Sistem seçkidə iştirakın 90 faizdən yüksək olduğunu  göstərib ki, by da rekord adlandırıla bilər.

Rusiya regionları

Rusiyanın bütün regionlarında Kremlin təyin etdiyi qubernator səlahiyyətlərini müvəqqəti yerinə yetirən şəxslər qalib gəlib.

O cümlədən də, yerli sakinlər arasında nüfuzu olmayan Peterburqun müvəqqəti qubernatoru Beqlov 64 faiz səs toplayıb. Seçici iştirakının hədsiz aşağı səvəyyədə olması da – cəmi 24 faiz – bundan xəbər verir.

Pozuntularla bağlı xəbərlər də ən çox Peterburqdan daxil olub (həm səsvermə, həm də səslərin sayılması zamanı). Burada hərbçilər və şəhər kommunal xidmətlərinin işçiləri sıra ilə və böyük qruplarla gəlib, hamısı birlikdə səs veriblər; seçki bülletenlərinin gizlədilməsi mümkün olmayan dərəcədə topa ilə sandığa atıldığı hallar olub; faktiki olaraq polis tərəfindən dəstəklənən mütəşəkkil xuliqan qrupları müşahidəçilərə hücum edib.

Həmçinin Peterburqda çox əcaib hadisələr də baş verib – komissiya rəhbərləri surətlərini müşahidəçilərə təqdim etmədən yekun protokolları götürərək məntəqədəb qaçıblar.

 

None found


More on JAMnews