Gürcüstan Pravoslav Kilsəsi Gürcüstan və Azərbaycanın ərazi problemlərini dostluğu zədələmədən həll edəcəklərinə ümid bəsləyir" />

Gürücstan Patriarxlığı “David Qareci” kompleksinin ətrafında Azərbaycanla transsərhəd bölgəsinin yaradılmasına qarşı çıxıb

Gürcüstan Pravoslav Kilsəsi Gürcüstan və Azərbaycanın ərazi problemlərini dostluğu zədələmədən həll edəcəklərinə ümid bəsləyir

Gürcüstan Patriarxlığı dekabrın 9-da Azərbaycanla sərhədin mübahisəli hissəsində transsərhəd bölgəsinin yaradılması ideyasına qarşı bəyanat verib.

Söhbət iki ölkə arasında mübahisə obyekti olan «David Qareci» monastır kompleksindən gedir.

Dağda yerləşən qədim monastır kompleksi Azərbaycanla Gürcüstanın arasını vura bilər

Patriarxlığın kapitalı. Gürcüstanın ən nüfuzlu institutunun əmlakı

Hücrələri qayaların içində oyulan və mağaralarda yerləşən altıncı əsrə aid monastır kompleksini Gürcüstan tərəfi «David Qareci», Azərbaycan tərəfi isə «Keşikçidağ» adlandırır və bu kompleks vaxtaşırı olaraq iki qonşu dost ölkə arasında qarşıdurma və insidentlərə səbəb olur.

Problem ondadır ki, Gürcüstanla Azərbaycan arasında dövlət sərhədi düz monastır kompleksinin üzərindən keçir. Gürcüstan tərəfi bildirir ki, «David Qareci» gürcü xalqının mədəniyyət abidəsidir. Azərbaycan isə hesab edir ki, kompleks alban mədəniyyətinin bir hissəsidir və Gürcüstana heç bir aidiyyatı yoxdur. Abidə ətrafında sonuncu qaşıdurma 2019-cu ilin aprelində baş verib. O zaman Gürcüstan mediasında Azərbaycan sərhədçilərinin kompleksin Azərbaycan ərazisində qalan hissəsinə gedən yolu kəsdiyi haqda məlumat yayılmışdı.

Yalnız turistlər yox, gürcü keşişlər də bir neçə gün ərzində müqəddəs məbədləri ziyarət edə bilməyib. Buna görə də gürcü fəallar bir neçə aksiya keçiriblər və problem Azərbaycan sərhədçiləri ilə qarşıdurmaya qədər gedib çatıb.

Tbilisi və Bakı arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqlar hələ də davam edir, amma heç bir ciddi nəticə əldə olunmayıb.

Gürcüstan Pravoslav Kilsəsi bu mübahisənin mühüm iştirakçısıdır, çünki Gürcüstan ərazisindəki bütün məbədlər Kilsənin əmlakıdır.

“Yaranmış vəziyyətdən çıxış yolu tapmağı hamı istəyir. Bu coğrafi zonada transsərhəd ərazisinin yaradılması müsbət qiymətləndirilə bilərdi, əgər bu ərazinin kimə aid olması məsələsi tarixi, mədəni, hüquqi və kartoqrafik baxımdan dumanlı olsaydı.

Udabno və Çiçxituri monastırları ilə bağlı isə belə bir problem yoxdur. Buna görə də bu təklif mövcud sənədləri iqnor etmək və bu ərazinin Gürcüstana aid olmasını sual altına qoymaq demək olacaq.

Buna görə də Gürcüstan kilsəsi irəli sürülmüş təşəbbüsü dəstəkləyə bilməyəcək”, – patriarxlığın bəyanatında deyilir.

«David Qareci»nin ilk qorunan transsərhəd ərazisi elan olunması ideyasını Gürcüstanda bir neçə ekspert dəstəkləyir.

2019-cu il oktyabrın sonunda Ali Ədliyyə Şurasının üzvü, vətəndaş cəmiyyət fəalı Anna Dolidze «David Qareci»nin mühafizə olunan ərazi elan olunması üçün hökumətə müraciət edib ki, kompleks beynəlxalq miqyasda mədəni irs statusu alsın.

O, həmçinin “Qareci Planını” da təqdim edib – 200 səhifəlik sənəd alimlər tərəfindən 2006-cı ildə Qlobal İnkişaf Fondunun və Dünya Bankının maliyyəsi ilə tərtib olunub. Dolidze hökuməti sənədi gözdən keçirməyə və bu məsələ üzərində işə başlamağa səsləyib.

 


More on JAMnews