Aksiya iştirakçıları azərbaycanlı sərhədçilərin monastırlardan birinin girişini müvəqqəti bağlamasına etiraz ediblər" />

Gürcüstanlı fəallar David Qareci tarixi kompleksi ətrafında Azərbaycanla sərhəd boyu canlı sədd qurublar

Aksiya iştirakçıları azərbaycanlı sərhədçilərin monastırlardan birinin girişini müvəqqəti bağlamasına etiraz ediblər

Mayın 5-də yüzlərlə fəal David Qareci monastır kompleksinin ətrafında etiraz aksiyası təşkil edib – onlar Gürcüstan-Azərbaycan sərhədinin keçdiyi təpə boyu canlı sədd qurublar. Toplaşanlar Gürcüstan himnini oxuyublar.

Azərbaycan-Gürcüstan sərhədindəki minalar

David Qareci qayalarda 25 kilometr dərinlikdə oyulmuş unikal kiçik şəhərdir. Oraya 21 monastır daxildir ki, bu da ümumilikdə 5 min hücrə deməkdir. Onlardan ən qədimləri bizim eranın 6-cı əsrinə aiddir. Bəzi monastır-hücrələr çox kiçikdir, onların çoxunda 8-14-cü əsrlərə aid freskalar qorunub. Kompleksin əsas monastırı Müqəddəs David lavrasıdır.

 

Gürcüstan-Azərbaycan sərhədi düz David-Qareci kompleksindən keçir. Kompleksin böyük hissəsi, o cümlədən də Udabno Monastırı dağın cənub-qərb ətəyində, Azərbaycanın nəzarəti altında olan ərazidə yerləşir.

 

David-Qareci uzun illərdir ki, iki ölkə arasında müzakirə mövzusudur, çünki bu ərazidə sərhəd delimitasiya olunmayıb – ümumilikdə bu, Gürcüstanla Azərbaycan arasında ümumi uzunluğu 446 kilometr olan sərhədin üçdə biri deməkdir. Delimitasiya və dövlət sərhədinin demarkasiyası üzrə ikitərəfli Gürcüstan-Azərbaycan dövlətlərarası komissiyası 1996-cı ildə yaradılıb, amma o vaxtdan bəri proses ümumiyyətlə irəliləməyib.

Bununla aksiya iştirakçıları iki həftə əvvəl Gürcüstan vətəndaşlarının və turistlərin monastırlardan birinə – Azərbaycan ərazisində yerləşən Udabnı monastırına girişin qarşısını alan Azərbaycan sərhədçilərinin əməlinə etiraz ediblər.

Aksiya iştirakçıları Gürcüstanın “InterpressNews” agentliyinə bildiriblər ki, onların məqsədi həm Gürcüstan, həm Azərbaycan cəmiyyətinə, həm də bu iki ölkədən kənarda David Qarecinin Gürcüstan ərazisi olduğunu və insanların bu ərazidə hərəkətinə maneə yaradılmasının iki ölkə arasındakı dost münasibətlərlə ziddiyət təşkil etdiyini göstərməkdən ibarətdir.

Aksiya iştirakçıları Gürcüstanın “InterpressNews” agentliyinə bildiriblər ki, onların məqsədi həm Gürcüstan, həm Azərbaycan cəmiyyətinə, həm də bu iki ölkədən kənarda David Qarecinin Gürcüstan ərazisi olduğunu və insanların bu ərazidə hərəkətinə maneə yaradılmasının iki ölkə arasındakı dost münasibətlərlə ziddiyət təşkil etdiyini göstərməkdən ibarətdir.

Foto: Facebook


More on JAMnews