Onlar yerli hakimiyyəti korrupsiyada günahlandırıblar " />

Gürcüstanın sərhədyanı kəndinin sakinləri Ermənistana gedən yolu bağlayıb, su probleminin həllini tələb ediblər

Onlar yerli hakimiyyəti korrupsiyada günahlandırıblar

Üç ay susuz həyat Gürcüstanın Ninontsminda rayonunun Qorelovka kəndinin  (Cavaxeti regionu) sakinlərini yanvarın 20-də Gürcüstanla Ermənistanı birləşdirən yolu kəsiblər. 

Aksiya iştirakçılarının sözlərinə görə, su təchizatı ilə bağlı vəziyyət acınacaqlıdır. Artıq üç aydan çoxdur ki, Qorlovkada nə içməli, nə də sahələrin suvarılması üçün texniki su var. Mal-qaraya verməyə su yoxdur, halbuki insanların çoxunun yeganə məşğuliyyəti maldarlıqdır. Su əvəzinə insanlar əridilmiş qardan istifadə edir.

Bu problem üzündən yerli məktəbdə mütəmadi olaraq dərslər təxirə salınır.

• Amerikalı ekspert ABŞ hərbçilərinin Gürcüstanın Cavaxeti regionunda yerləşdirilməsini təklif edir

• Cavaxetinin Gürcüstanı sevməyə vadar edəcək 25 şəkli

Qorelovka sakinləri su problemi olmayan beş yerli ailəni günahlandırır. Onların arasında Ninotsminda sakrebulosunun (yerli hakimiyyət orqanı) sədri Smbat Küreqyanın, o cümlədən də bir yerli deputatın və Ninotsminda şəhər meriyasının bir əməkdaşının ailələri var.

Etirazçıların sözlərinə görə, Qorelovka üçün nəzərdə tutulan bütün su yerli öllçülərlə böyük miqyasda maldarlıq və kənd təsərrüfatı ilə məşğul olan bu ailələr arasında bölüşdürülüb.

“Bu, əsl göz görəsi korrupsiyadır”, – aksiya iştirakçıları bildiriblər.

Səhər saatlarından Qorelovkada polis səfərbər edilib. Günortaya doğru dövlət əhəmiyyətli yolu kəsən aksiya iştirakçıları ilə Cavaxeti regionunun işləri üzrə dövlət səlahiyyətlisi Besik Amiranaşvili və Gürcüstan parlamentinin deputatı Enzel Mkoyan görüşüb. Onlarla danışıqlardan sonra və su probleminin həll ediləcəyinə söz veriləndən sonra yerli sakinlər yolu açıblar.

Amiranaşvilinin sözlərinə görə, o, Qorelovka kəndinin sakinlərinin problemi haqda məlumatsız olub. O, mərkəzi su mənbəyinə qanunsuz qoşulma faktını təsdiqləyib və bütün qeyri-leqal qoşulmaları ləğv edəcəyinə söz verib, amma qanun pozuntusunun arxasında kimin durduğunu dəqiqləşdirməyib.


More on JAMnews