Münaqişənin səbəbi SES inşaatı olub" />

Gürcüstanın Pankisi dərəsində xüsusi təyinatlılar və yerli sakinlər arasında toqquşma baş verib

Münaqişənin səbəbi SES inşaatı olub

Pankisi dərəsində xüsusi təyinatlı polis dəstəsi ilə yerli sakinlər arasında toqquşma baş verib. Münaqişənin səbəbi SES inşaatında işlərin başlanması olub. Yerli sakinlər xüsusi təyinatlılar dəstəsini daşlayıb, polislər buna cavab olaraq gözyaşardıcı qaz və rezin güllə tətbiq edib. Bir neçə yerli sakin yaralanıb.

Foto: Sulkhan Bordzikasvili, Facebook

Gürcüstanın daxili işlər nazirinin birinci müavini Kaxa Sabanadze yerli sakinlərlə görüşüb və icmanın bir neçə nümayəndəsinin iştirakı ilə danışıqlar təklif edib, həmçinin danışıqlar bitənə qədər inşaat işlərinin dayandırılmasına da söz verib.

Telavidə hakimiyyət nümayəndələri və Pankisi ağsaqqalları arasında danışıqlar başlayıb.

Pankisidə Xadori-3 SES-i inşa edilir. Yerli sakinlər inşaatın əleyhinə çıxır və SES-in dərənin ekologiyasına zərər vuracağını bildirirlər.

Foto: radio Way

Bir neçə gün əvvəl Gürcüstan hökumətinin nümayəndələri Pankisiyə səfər edib və bütün mübahisəli məsələlərin həll ediləcəyinə dair söz veriblər, amma yenə də inşaat işləri başlayıb. Yerli fəallar bəyan edirlər ki, SES tikintisinə imkan verməyəcəklər.

Alazani çayı üzərində tikilməli olan gələcək SES-in gücü 5,4 meqavat olmalıdır. İnşaat işləri 12 aydan sonra sona çatmalıdır.

Şərqi Gürcüstanın Pankisi dərəsində çeçen-kistinlər yaşayır. Yüzdən çox yerli sakin İslam dövləti sıralarında döyüşüb. Onlardan 30-dan çoxu həlak olub. 2017-ci ilin dekabrında terror əleyhinə xüsusi əməliyyat zamanı yerli sakin 19 yaşlı Temirlan Maçalikaşvili ölümcül yaralanıb. Onun ailəsi və Pankisi sakinləri hələ də günahkarların cəzalandırılmasını tələb edirlər.

Pankisi dərəsində həyəcan – Suriyadakı müharibənin əks-sədası Gürcüstana qədər çatıb


More on JAMnews