Marneuli sakini şəhər merini və Bidzina İvanişvilini söyüb və onu öz sidiyi ilə üzünü yumağa məcbur ediblər" />

Gürcüstanın Marneuli şəhərinin yerli sakini alçaldan keçmiş meri bəraət alıb

Marneuli sakini şəhər merini və Bidzina İvanişvilini söyüb və onu öz sidiyi ilə üzünü yumağa məcbur ediblər

Rustavi şəhər məhkəməsi Marneulinin keçmiş meri Temur Abazov haqqında bəraət hökmü çıxarıb. O, qrup şəklində eyni şəhər sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani davranışı və alçaldılmasını təşkil etməkdə ittiham olunurdu. Abazov iki yaxın adamı ilə birlikdə 2018-ci il iyunun 13-də həbs olunmuşdu.

Səs-küylü hadisə 2018-ci ilin iyununda Tbilisidə, dava zamanı öldürülən məktəblinin qatillər haqda ədalətli məhkəmə hökmünün çıxarılmasını tələb edən atası Zaza Saralidzenin müdafiəsi məqsədilə təşkil olunan mitinqdə Allahverdiyev Marneuli meri Abazov və iqtidarda olan “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvilini söyəndən sonra baş vermişdi.

Hadisəni əks etdirən videokadrlar sosial şəbəkələrdə yayılıb. Tezliklə digər videokadrlar sosial şəbəkələrə düşüb, bu dəfəki görüntülərdə Allahverdiyevin Abazovdan üzr istədiyi, öz sidiyi ilə üzünü yumağa məcbur edildiyi və hər seçkidə “41”-ə – “Gürcü arzusunun” seçki nömrəsi – səs verəcəyini vəd etdiyi əks olunub.

Baş verənlər geniş rezonans doğurub və Abazov istefaya getmək məcburiyyətində qalıb. Amma bu da onu prokurorluğun həbs qərarından və yeddi aylıq məhkumludan xilas edə bilməyib. Yalnız bu müddət bitəndən sonra, 2018-ci ilin dekabrında Abazov 10 min lari (3.3 min dollara yaxın) girov müqabilində azadlığa buraxılıb. 

Bu ilin fevralında isə Abazov ümumiyyətlə məhkəmə qərarı ilə bəraət alıb. Onun vəkili Qaqa Mosiaşvilinin sözlərinə görə, ödədiyi girov da tam şəkildə müvəkkilinə qaytarılıb.

Maraqlıdır ki, Abazov hələ təqsirləndirilən şəxs statusunda olduğu zaman Atletizm Federasiyasının vitse-prezidenti seçilib və jurnalistlərin müəyyən etdiyinə görə, Marneuli meri seçilənə qədər o, Bidzina İvanişvilinin mühafizəsində işləyib, bunu fotolar da təsdiqləyir.


More on JAMnews