Yepiskop Saba: NATO haqda mifləri dağıtmaq lazımdır " />

Gürcüstanın din xadimləri NATO qərargahında görüşlər keçirir

Yepiskop Saba: NATO haqda mifləri dağıtmaq lazımdır

Gürcüstan pravoslav kilsəsinin müqəddəs Sinodunun üzvləri və din xadimləri Brüsseldə, NATO qərargahında görüşlər keçirirlə

Gürcüstan kilsəsinin iyerarxları ilə NATO-nun baş katibinin Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay görüşüb. Görüşdə Gürcüstanın Avro-Atlantikaya inteqrasiyası və bu haqda cəmiyyətin məlumatlandırılmasında kilsənin rolunun vacibliyi haqda danışılıb.

“Gürcü xalqının iradəsi həmişə Avropaya can atmaq olub… Rusiya dəfələrlə təcavüzkarlıq nümayiş etdirib və ərazilərimizin bir hissəsi işğal altındadır. Bizim baxışımız ondan ibarətdir ki, təhlükəsizliyi yalnız Avro-Atlantik strukturlara birləşməklə nail olmaq mümkündür… NATO haqqında mövcud olan miflər dağıdılmalıdır”, – Gürcüstan pravoslav kilsəsinin Şimali Amerika yeparxiyasının yepiskopu Saba bildirib.

Bağdad mitropoliti Anton isə öz növbəsində bildirib ki, gürcü din xadimləri NATO dəyərləri və Gürcüstanın alyansa inteqrasiyasının necə olacağı haqda daha çox məlumat almaqda maraqlıdırlar.

“Bizi burda yaxşı qəbul edirlər… Bizim olduğu kimi onların da (NATO nümayəndələrinin) stereotipləri dağılır, onlar da bizimlə maraqlanırlar. Bizə də maraqlıdır ki, biz hara daxil oluruq, onların dəyərləri nədən ibarətdir”, – baş yepiskop Anton deyib.

Din xadimlərinin səfər proqramına NATO baş katibinin xalq diplomatiyası üzrə köməkçisinin müavini Karmen Romero, həmçinin ABŞ, Hollandiya, Rumıniya və Bolqarıstanın daimi nümayəndələrilə görüşlər daxildir. Səfər fevralın 25-ə qədər davam edəcək.

Gürcüstan pravoslav kilsəsinin din xadimlərinin Brüsselə ilk səfəri ötən ilin noyabrında baş tutmuşdu.


More on JAMnews