Gürcüstanda üçüncü koronavirus hadisəsi. Yoluxmuş şəxs İrandan gəlib
Gürcüstanda yeni koronavirusun üçüncü hadisəsi fevralın 29-da təsdiq olunub. Xəstələnən İrandan gəlmiş Gürcüstan vətəndaşıdır.
•Koronavirusdan necə qorunmalı və təhlükə nədən ibarətdir? Sualların cavabları iki dəqiqəlik videoda
•Koronavirus Gürcüstan iqtisadiyyatına zərbə vurur
•İtaliya, İran və koronavirusun yayıldığı digər mərkəzlər – rəqəmlər, təhlillər, proqnozlar
Xəstəliklərə nəzarət üzrə Mərkəzin rəhbəri Amiran Qamkrelidzenin sözlərinə görə, bu şəxs ilk təsdiq olunmuş hadisə ilə əlaqədədir.
«Onlar İranda birlikdə olublar. O, quru yolu ilə Azərbaycan vasitəsilə fevralın 28-də gəlib. Temperaturu 38 idi», — Qamkrelidze deyib.
Hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir, onu Tbilisidəki infeksion xəstəxanaya çatdırıblar.
Ümumilikdə, Gürcüstanda 93 nəfər test olunub. Yalnız üçündə koronavirus aşkar edilib.
Səhiyyə nazirinin sözlərinə əsasən, hazırda ölkə üzrə 170 nəfər karantindədir.
Fevralın 29-da baş nazirin yaratdığı qurumlararası koordinasiya şurası təcili olaraq toplanıb. Bu şuranın məqsədi koronavirusun qarşısının alınması və onunla mübarizədir.
İclasda aşağıdakı qərarlar qəbul edilib:
•Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri Gürcüstanın bütün məktəb binalarında aparılmalıdır.
•Yaz tətili 9 mart əvəzinə 2 mart tarixində başlayacaq və 16 marta qədər davam edəcək.
•Dezinfeksiya işləri ictimai nəqliyyatda və uşaq bağçalarında həyata keçiriləcək.