Gürcüstanlı qadınlar seksual taciz haqda açıq danışmağa başlayıblar " />

Gürcüstanda seksual tacizə görə cinayət məsuliyyəti tətbiq oluna bilər

Gürcüstanlı qadınlar seksual taciz haqda açıq danışmağa başlayıblar

Gürcüstan Parlamentinin İnsan Haqlarının Müdafiəsi Komitəsi əsas tələbi seksual tacizə görə cinayət məsuliyyəti və cəza tətbiq edilməsi olan “Qadınlar hərəkatının” petisiyasını nəzərdən keçirib.

Oktyabrın sonunda ictimaiyyətə açıqlanmış petisiyanı min nəfərə qədər adam imzalayıb.

“Qanunvericiliklə seksual tacizin qadağan olunmasını tələb edirik”, – petisiyada vurğulanır. İmza sahibləri “Əmək Məcəlləsinə”, o cümlədən “İnzibati Xətalar Məcəlləsinə” dəyişiklik olunmasını tələb edirlər. Bu yolla onlar işdə və ictimai yerlərdə seksual taciz və ya seksual əlamətinə görə əzilməyə son qoyulmasını istəyirlər.

“İctimai yerlərdə seksual əlamətinə görə əzilmə dedikdə seksual xarakterli şərhlər, hərzə zarafatlar, fit, görüş və ya telefon nömrəsi almaq üçün israrlı təqib; toxunuşlar, cinsiyyət orqanlarının göstərilməsi və s. nəzərdə tutulur.

İş yerində seksual əlamətinə görə taciz daha çox seksual məzmunlu arzuolunmaz kompliment; rəhbərliyin karyera pillələrində yüksəliş vədi və ya işdən qovmaq təhdidi ilə seksual əlaqəyə girmək təklifi formasında ifadə olunur”, – petisiyada deyilir.

İnsan Haqları üzrə Komitə petisiyanı məqsədyönlü hesab edib və nəzərdən keçirəndən sonra baxılması üçün Gender Şurasına göndərib.

  • MeToo (Mən də) – bu ifadə ilə Facebook və Twitter istifadəçiləri qadınlara qarşı seksual tacizə etiraz edirlər. AAktrisa Alina Milanonun Twitter-dı başlatdığı kampaniyanı bir neçə saat ərzində bütün dünyada, o cümlədən də Gürcüstanda on minlərlə insan dəstəkləyib. 
  • İnsan haqları və qadın haqlarının qorunması üzrə hüquqşünas Mari Kurtanoidzenin bloqu xüsusi diqqət cəlb edib. Mari Kurtanidze 15 yaşında ikən riyaziyyat müəllimi Tamaz Akubardia tərəfindən məruz qaldığı seksual tacizlə bağlı xatirələrini ictimailəşdirib. 
  • Buna qədər jurnalist Tatiya Samxaradze tele-aparıcı Şalva Ramişvilini seksual tacizdə günahlandırmışdı. 
  • Gürcüstan Ombudsmeninin 2015-ci il üzrə “Qadınların hüquqi vəziyyəti və gender bərabərliyi” haqda xüsusi hesabatında deyilir ki, işdə seksual taciz ən yayılmış və eyni zamanda ən gizlin qalan problemdir.

More on JAMnews