Gürcüstanda marixuana istifadəsi dekriminallaşdırılıb

Konstitusiya məhkəməsi: hər bir insan rahatlamaq üçün vasitə seçimində azaddır, o cümlədən də marixuana istifadəsində

Gürcüstanın Konstitusiya Məhkəməsi marixuananın dekriminallaşdırılmasını dəstəkləyib. Məhkəmə marixuana istifadəsinə görə cinayət məsuliyyətinin tətbiq edilməsini konstitusiyaya zidd hesab edib və bildirib ki, bu təcrübənin ləğcini vacib sayır:

“İstənilən şəxs rahatlamaq vasitəsini seçməkdə azaddır, o cümlədən də marixuana istifadə etməkdə, çünki bu, insanın müdafiə olunan şəxsi həyat sahəsidir”.

Bu qərar  artıq inqilabi adlandırılıb. İndiyə qədər Gürcüstan qanunvericiliyi təkrar və çoxsaylı marixuana istifadəsi faktına görə cinayət məsuliyyəti nəzərdə tuturdu (İlk istifadə inzibati qaydada cəzalandırılırdı).

Konstitusiya Məhkəməsi öz qərarını Gürcüstan vətəndaşı Qivi Şanidzenin iddiası əsasında çıxarıb. Təkrar marixuana istifadəsinə görə Qivi Şanidzeyə qarşı cinayət işi açılmışdı. “Qirçi” siyasi birliyinin dəstəyi ilə o, Konstitusiya Məhkəməsinə şikayət verib. Şanidze Cinayət Məcəlləsinin “həkim təyinatı” olmadan marixuana istifadəsinə görə cəza nəzərdə tutan 273-cü maddəsinə qarşı çıxıb.

  • Gürcüstanda narko-siyasət çox repressivdir və artıq uzun illərdir ki, ictimai təşkilatlar və fəallar onun dəyişdirilməsini tələb edir. 2017-ci il iyunun 10-da Rustaveli prospektində Tbilisidə son illərdə baş tutmuş ən irimiqyaslı etiraz aksiyası keçirildi. Aksiya iştirakçıları hakimiyyətdən narko-siyasətin dəyişdirilməsini tələb edirdi.
  • Avropa İttifaqının 2015-ci il hesabatına əsasən, Gürcüstanda hər üç məhbusdan biri narko-cinayətə görə cəza çəkir. Ümumilikdə narko-cinayətlərə cəza çəkənlərin həbsdə saxlanmasına dövlət 40 milyon dollara yaxın vəsait xərcləyir. Eyni zamanda Səhiyyə Nazirliyi narkotik asılılığından  müalicə və əvəzləyici terapiyaya 4,1 milyon dollar ayırır.
  • DİN-in məlumatına görə, 2015-ci ildə 36,503 nəfər narkotik istifadəsi ilə bağlı testdən keçirilib. Bu adamların ancaq sidik analizinə büdcədən 15 milyon laridən çox vəsait xərclənib.
  • Gürcüstan hakimiyyətinin ünvanına mütəmadi olaraq apardıqları sərt narko-siyasətin əksər hallarda müxalifətə qarşı mübarizə silahına çevrildiyi, o cümlədən də bundan büdcəni doldurmaq vasitəsi kimi istifadə olunduğu ilə bağlı ittihamlar səslənir. Ekspertlərin fikrincə, məhz buna görə, Gürcüstanda qanunvericiliyi liberallaşdırmağa tələsmirlər. (2009-2012-ci illərdə ancaq inzibati xətalara görə ödənən cərimələr sayəsində büdcəyə 13 milyon lari daxil olub. 2013-2014-cü illərdə isə dövlət bu yolla 11,1 milyon lari qabaq düşüb).
  • Əhali ümumilikdə narko-siyasətin yumşaldılması tərəfdarıdır. “Corciya Alternativi” təşkilatının apardığı araşdırma aşağıdakıları üzə çıxarıb:
  • Əhalinin 69 faizi marixuananın dekriminallaşması tərəfdarıdır38 faiz hesab edir ki, marixuana çəkməyə görə hətta inzibati cərimələr də olmamalıdır.
  • əhalinin 54 faizi hesab edir ki, inyeksiya yolu ilə narkomaniya cinayət məsuliyyəti doğurmamalıdır və müvafiq maddəni ləğv etmək lazımdır.
  • Sorğu olunanların 25,1 faizi əks mövqedədir.

More on JAMnews