Gürcüstanda koronavirus xəstələrinin sayı 30 nəfərə çatıb
Gürcüstanda daha beş koronavirusa yoluxma halı qeydə alınıb. Beləliklə hazırda xəstələnənlərin sayı 30 nəfər olub.
Bu haqda stopcov.ge. hökumət saytında məlumat verilib. Həmin mənbəyə əsasən, 418 nəfər karantin altındadır, 54 nəfər isə stasionar nəzarətdə saxlanılır.
Hələlik son beş yoluxma halının hansı şəraitdə – ölkə daxilində baş verdiyi, yoxsa xaricdən gətirildiyi haqda məlumat verilmir.

• Gürcüstanda koronavirus xəstəsi sağalıb
•Koronavirus: pandemiya elan edilib. Bu nə deməkdir və nə gözləmək lazımdır?