Əcnəbiləri Gürcüstanda heyrətə salan doqquz nəsnə " />

Gürcüstanda heyrətamiz

Əcnəbiləri Gürcüstanda heyrətə salan doqquz nəsnə 

Polis maşınları

Polis maşınlarının həmişə yanan göy işıqla gəzməsi əcnəbilərin təəccübünə səbəb olur. Mən adət etmişəm ki, polis ancaq nəsə baş verəndə və maşın təcili yol ayrıcısını keçməli olanda ondan istifadə edir. Gürcüstan üçün isə bu, heç nə baş verməyən vaxtlarda da normaldır. Fövqəladə hallarda polis ətrafdakılara yolu boşaltmalı olduqlarını bildirmək üçün əlavə olaraq sirena və səsucaldıcıdan istifadə edir.

Avtomobil sükanı

Niyə bəzi avtomobillərdə sükan sağ tərəfdə yerləşir? Sol tərəfli hərəkət olan ölkələrdə sükan sağ tərəfdə olur. Sağ tərəfli hərəkət olan ölkələrdə isə əksinə. Gürcüstanda sağ tərəfli hərəkət olsa da burada hər iki cür avtomobilə rast gəlmək olar.

 

Qonaqpərvərlik

Gürcülərin yad adamlara göstərdiyi mehriban müansibət çox xoş təsir bağışlayır. Bu, mənim öz ölkəmdə heç vaxt görmədiyim bir şeydir. Bu, sizi səfərə çıxarkən kənddə ev pendiri və çaxırla təmin edən nənə, hava limanından şəhərə sizi 35 lariyə aparmağa razı olan, qısa söhbət və birlikdə çəkilən siqaretdən sonra cəmi 20 lari yolpulu alan və ev çaxırlarının dadına baxmaq üçün öz telefon nömrəsini verən taksi sürücüsü də ola bilər.

Spirtli içki içmək mədəniyyəti

Öz milli içkisi və alkoqolun içilməsi ilə bağlı müəyyən ənənələri olan hər bir xalq bununla fəxr edir. Gürcülərin öz çaxırı və çaçası var. Gürcülərin sağlıq deməyindən və digər insanlarla ünsiyyətindən həqiqətən də xoşum gəlir. Amma mənim heç vaxt anlaya bilməyəcəyim adətləri də var: insan nə dərəcədə kefli olmalıdır ki, masanı dişləri ilə qaldırmaq ağlına gəlsin??

 

Polietilen paketlər

Gürcüstanda nə qədər polietilen paketdən istifadə edildiyini təsəvvür etmək çətindir. Elə təəssürat yaranır ki, mən supermarketdə ərzaqı özümlə məhz bu məqsəd üçün gətirdiyim çantaya qoyan yeganə adamam. Əlbəttə öz paketinizi evdə unutmusuzsa, pulsuz paket almaq xoşdur, amma bəzən onların istifadəsinə heç bir ehtiyac olmur. Əgər ancaq bir şey alırsızsa, polietilen paketə nə ehtiyac var? Axı əslində heç bir fərqi yoxdur, siz həmin əşyanı əlinizdə, yoxsa polietilen paketdə aparacaqsız.

Ətraf mühit

Belə təəssürat yaranır ki, Gürcüstanda çox az adam ətraf mühitin qayğısına qalır. Hətta şəhər kənarında, təbiətin qoynunda da böyük miqdarda zibilə rast gəlmək olar. Tbilisi şəhərinin özü isə ona görə bu dərəcədə çirklənib ki, hamı maşın, ya da avtobusla hərəkət edir. Tramvayları niyə ləğv ediblər axı? Tramvay avtobuslarla müqayisədə ucuz və ekoloji təmiz nəqliyyat növüdür. Niyə insanlar nəinki ekoloji təmiz, həm də sağlam nəqliyyat növü olan velosipedlərdən daha çox istifadə etmirlər?

Şort

Hətta isti günlərdə də (Gürcüstanda isə belə günlər çox olur) kişilər uzun balaq və cins şalvar geyinirlər. Niyə onlar istidə şort geyinmək istəmirlər?

Xaç çevirmək manerası

Gürcü cəmiyyətinin böyük hissəsi çox dindardır. İnsanların kilsəyə getməsi, dua etməsi və vacib dini bayramlar ərəfəsində oruc tutması çox normaldır. Amma məni avtobus sərnişinlərinin kilsə və ya monastırın yanından keçərkən, kilsə binasının çox uzaqda olmasına baxmayaraq, iki dəfə xaş çevirməsi heyrətə salırdı.

 Süpürgələr

 Almanlar zəhmətkeş və distiplinli xalq kimi qəbul edilir. Amma mənə elə gəlir ki, onlar tənbəldirlər – onlar yalnız son nəticədə səylərə qənaət etmək üçün səmərəli işləyirlər. Bu nöqteyi-nəzərdən Gürcüstanda əksər süpürgələrin niyə balaca və qısa olduğunu anlamaq çətindir. Axı onlarla təmizlik işi daha çox vaxt aparır və bu zaman adamın beli ağrıyır.


More on JAMnews