Qırmızı ordu tərəfindən Tbilisinin işğal edilməsindən 98 il keçir" />

Fevralın 25-i Gürcüstanda sovet işğalı günü qeyd olunur

Qırmızı ordu tərəfindən Tbilisinin işğal edilməsindən 98 il keçir

Fevralın 25-də Qırmızı ordu tərəfindən Tbilisinin işğal edilməsinin və sovet hakimiyyətinin qurulmasının 98 ili tamam olur.

Qırmızı ordu Gürcüstana 15 fevral 1921-ci ildə daxil olub. Fevralın 25-də, ağır döyüşlərdən sonra 11-ci ordu Tbilisiyə müdaxilə edib və Gürcüstanda sovet hakimiyyətinin qurulması elan olunub.

Lakin Gürcüstan Demokratik Respublikasının menşevik hökuməti paytaxtın təslim olmasından sonra da müqaviməti davam etdirib və Gürcüstanı yalnız martın 17-də tərk edib. Həmin andan üç ildən az fəaliyyət göstərmiş müstəqil Gürcüstan respublikası öz mövcudluğunu dayandırıb.

100 il əvvəl müstəqil respublika olduqdan sonra Azərbaycan, Ermənistan və Gürcüstan nə etdilər? 

Fevralın 25-ni Gürcüstanda matəm günü kimi 1991-ci ildə müstəqillik qazandıqdan sonra qeyd etməyə başlayıblar. 1921-ci ildə həlak olanların xatirəsinə həsr edilmiş tədbirlər bu gün ənənəvi olaraq Tbilisidə, həmçinin paytaxtın kənarında yerləşən yaşayış məntəqələrində – Kociri və Tabaxmelada keçiriləcək ki, məhz burada paytaxt uğrunda ən ağır döyüşlər gedib.

Həmin döyüşlərdə hərbi məktəblərin gürcü yunkerləri və kadetləri iştirak ediblər.

Birinci Gürcüstan respublikası

Rusiyada 1917-ci il inqilabından sonra bərqərar olmuş sovet hakimiyyətini nüfuzlu gürcü siyasi və intellektual dairələri tanımadılar.

Artıq 19 noyabr 1917-ci ildə Tbilisidə ilk milli qurultay keçirildi və burada Gürcüstan Milli Şurası seçilib, faktiki olaraq hökumət qurulub.

Yarım il sonra – 26 may 1918-ci ildə Müstəqillik aktı qəbul edilib. Beləcə, Gürcüstan Demokratik Respublikası qurulub.

Birinci Gürcüstan respublikasının necə olması barədə burada oxumaq olar.

Facebook Comments

More on JAMnews