“Qərb Ermənistana ciddi dəstək əvəzinə qeyri-ciddi təklif edir?” Şərh
USAID-in Ermənistana yardımı
“Ermənistan potensial olaraq Berlin böhranı miqyaslı blokada ilə üzləşdiyi haqlda Blinken və Pauer Ermənistana itirə biləcəklərinin 2,5 faizini vermək istəyir. Bu, Sudanda aclıqdan ölən uşağa nanəli konfet verərək ABŞ-ın aclığa qarşı mübarizə apardığını bəyan etməyin diplomatik ekvivalentidir”, – “American Enterprise Institute”un baş əməkdaşı Maykl Rubin hesab edir.
O, Ermənistanın Rusiya ilə əməkdaşlıqdan imtinasının nəticələrindən və “qisasçı prezident Vladimir Putinin” ölkə iqtisadiyyatına təhdidlərindən danışır.
Brüssel danışıqlarından sonra ABŞ və Aİ tərəfindən Ermənistana nəzərdə tutulan yardım haqqında məqalədə Rubin Ermənistana hər il 72,5 milyon dollar təklif edilməsinin “qeyri-ciddi” olduğunu bildirib. Əsas kimi o, təklif olunan məbləği digər ölkələrə verilən dəstəklə müqayisə edir.
Aprelin 5-də Brüsseldə ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqının xarici işlər naziri Cozep Borrel Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər. Ermənistanın baş naziri ilə USAİD-in administratoru Samanta Pauer arasında da görüş olub.
Brüsseldəki görüşdən sonra dövlət katibi Blinken bəyan edib ki, “ABŞ Ermənistan iqtisadiyyatına 65 milyon dollar sərmayə qoyacaq ki, bu da iki il əvvəl göstərilən yardımdan 50 faiz çoxdur”. Bundan əlavə, danışıqlardan sonra birgə bəyanat qəbul edilib. Bildirilib ki, Aİ bütün sahələrdə islahatların və əməkdaşlığın təşviqi, Ermənistan iqtisadiyyatını dəstəkləmək üçün növbəti dörd il ərzində 270 milyon avro ayırmağa hazırdır. Bəyanatda həmçinin qeyd edilib ki, “AB və ABŞ Ermənistana riskləri azaltmaq, ticarəti diversifikasiya etmək, iqtisadi və institusional dayanıqlığı gücləndirmək üçün əlavə yardım göstərmək niyyətindədir”.
Ermənistan hakimiyyəti, eləcə də ekspert birliyi həm görüş faktını, həm də onun nəticələrini yüksək qiymətləndiriblər. Yardımın məbləği ölkənin özündə nəinki tənqid olumur, ümumiyyətlə müzakirə də ediilmir.
Müzakirələrdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dərc etdiyi məlumata görə, Yerevanın alacağı dəstək, eləcə də onun effektivliyi ilə bağlı Qərb ekspertlərinin rəyi diqqət mərkəzindədir.
- “Azərbaycan üçün tarixi hadisə”. Analitiklər Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması haqda
- “Ermənistanın Rusiyadan uzaqlaşma siyasəti Azərbaycan üçün faydalıdır”. Bakıdan baxış
- Cənubi Qafqaz üzrə “Brüssel Sazişi” və Azərbaycan-Türkiyə tandeminin rolu. Bakıdan baxış
USAID-in yardımının təfərrüatları
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana veriləcək yardımla bağlı artıq məlumat yayıb. 33 milyon dollarlıq xərclərin bölgüsü belədir:
- Dağlıq Qarabağdan məcburi köçkünlərə psixoloji və sosial dəstəyin göstərilməsi, onların mənzil problemlərinin həlli üçün 8,5 milyon dollar;
- Enerji sektorunun təhlükəsizliyini dəstəkləmək üçün 8,6 milyon dollar,
- Ərzaq təhlükəsizliyini artırmaq üçün 6 milyon dollar,
- İnsan hüquqlarının müdafiəsi üçün 2,5 milyon dollar,
- İqtisadi sabitliyi, rəqəmsal idarəetməni və regional inteqrasiyanı təşviq etmək üçün 7,4 milyon dollar.
USAID həmçinin Ermənistan hökumətinin “Sülh yollarının kəsişməsi” təşəbbüsü ilə uzlaşan “regional inteqrasiyaya yönəlmiş nəqliyyat sektoru strategiyasını” maliyyələşdirmək niyyətindədir.
Açıqlamada bildirilir ki, bu strategiya çərçivəsində Ermənistanın Cənubi Qafqazda qlobal ticarət və nəqliyyat şəbəkələrinə necə inteqrasiya edə biləcəyi ilə bağlı araşdırmalar aparılacaq. Bu, təkcə Ermənistanla qonşuları arasında ticarəti təşviq etməyəcək, həm də yeni iş imkanları yaradacaq və nəticədə regionda gəlirləri artıracaq.
Şərh
Amerika Sahibkarlıq İnstitutunun baş elmi işçisi Maykl Rubin qeyd edir ki, Avropa İttifaqı dörd il ərzində Ermənistana 270 milyon avro, yəni təxminən 290 milyon dollar ayırmağa söz verib.
“Ermənistana ildə 72,5 milyon dollar təklif etmək ciddilikdən uzaqdır. Bu, Mərkəzi Afrika Respublikasına töhfəninin üçdə birini təşkil edir, təxminən eyni əhalisi olan keçmiş Sovet dövləti – Moldovaya ayrılan yardımdan isə bir azca çoxdur”, – Rubin deyir.
Ekspertin fikrincə, Dövlət Departamenti və USAID Ermənistanın Qərbə doğru yön dəyişməsini səmimi şəkildə dəstəkləmək əvəzinə, yalnız kiçik maliyyə yardımı paketi təklif edir.
Rubin bildirir ki, onlar eyni zamanda “Azərbaycanı sakitləşdirməyə” çalışırlar, həmçinin yardım ayırmaq yolu ilə. O, 2021-ci ildən Dövlət Departamentinin və USAID-in Azərbaycana yardımı 1100 faizdən çox artırdığını diqqətə çatdırır.
Rubin vurğulayır ki, “ABŞ-dakı ermənilər ABŞ-Avropa təklifini digər sülh proseslərini müşayiət edən yardımlarla müqayisə etməlidirlər”:
- Misir Kemp-Devid razılaşmalarına əlavə olaraq ildə təxminən 1,3 milyard dollar, İsrail isə daha çox alır;
- Şimali Koreya 1994-cü il Çərçivə Sazişi imzalayanda Vaşinqton 400 milyon dollardan çox yardım ayırmışdı.
Rubin hesab edir ki, “Blinken və Pouer öz yardım paketi üçün təriflər gözləməməli, əksinə, etiraz etməlidirlər, çünki onlar nə qədər qeyri-ciddi olduqlarını göstərirlər”.
Onun fikrincə, Qafqazda tufan qopur, Ermənistan Azərbaycan və Türkiyədən ekzistensial təhlükə ilə yanaşı, Rusiyadan da iqtisadi təhlükələrlə üz-üzədir.
Ermənistana edilən bütün pul köçürmələrinin 70 faizi (5,7 milyard dollar) Rusiyadan gəlir. Analitik xatırladır ki, əlavə olaraq Ermənistandan ixracın 40 faizi həm də əsas qaz tədarükçüsü olan Rusiyaya gedir. Və belə bir şəraitdə, Maykl Rubinin fikrincə, Yerevana ölkənin itirəcəyi ilə müqayisədə çox az yardım təklif olunur.
“Rusiyanın Dağlıq Qarabağa xəyanətindən və Ermənistan siyasətinə zorakılıqla müdaxilə etmək cəhdlərindən sonra ermənilər əsl demokratiya, təhlükəsizlik və tərəfdaşlığa layiqdirlər”, – ekspert qeyd edib.