Baş nazir hesab edir ki, bu, bürokratik və inzibati xərcləri azaltmağa kömək edəcək " />

Gürcüstanda dörd nazirlik ləğv edilib və altı nazir işdən çıxarılıb

Baş nazir hesab edir ki, bu, bürokratik və inzibati xərcləri azaltmağa kömək edəcək

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili (sağda) və iqtisadiyyat naziri Dimitri Kumsiaşvili. Foto Radio Azadlıq  

Baş nazir Giorgi Kvirikaşvilinin qərarı ilə Gürcüstanda 18 nazirlik əvəzində 14-ü fəaliyyətini davam etdirəcək – energetika, kənd təsərrüfatı, idman və gənclər, həm də Avropa qurumları ilə inteqrasiya üzrə nazirliklər ləğv edilir.

Ciddi kadr dəyişiklikləri barədə qərar noyabrın 13-də baş nazirin xüsusi brifinqində səsləndirilib. Daxili işlər, maliyyə və təhsil nazirləri öz postlarını tərk ediblər.

Daxili işlər naziri vəzifəsinə fəaliyyətdə olan iqtisadiyyat naziri Qiorgi Qazariyanın namizədliyi irəli sürülüb.

DİN başçısı Giorgi Mqebrişvili Fövqəladə Hallar üzrə Mərkəzin rəhbəri təyin edilib. Bu institut yaradılma prosesindədir və Böhranların İdarə Olunması Şurası və Fövqəladə Hallar Agentliyini əvəz edəcək, bilavasitə baş nazirə tabe olacaq.  

Təhsil və Elm Nazirliyi Tbilisi Dövlət Universitetinin prorektoru Mixail Çxenkeliyaya verilir.

Maliyyə naziri postunu Gürcüstanın dəmir yolunun baş direktoru Mamuka Baxtadze tutacaq.

Bununla yanaşı bir neçə qurumun restrukturizasiyası və böyüdülməsi həyata keçirilib. Dövlət nazirinin Avropa və Avro-atlantika qurumlarına inteqrasiya məsələləri üzrə aparatı Xarici İşlər Nazirliyinin, xarici kəşfiyyat üzrə isə Dövlət Təhlükəsizliyi Xidmətinin tabeliyinə verilib.   

Energetika nazirliyi də ləğv edilib, onun funksiyaları iqtisadiyyat nazirliyinə verilib. Bu qurumun rəhbəri Dimitri Kumsiaşvili qalır. O, həm də baş nazirin müavini və bütün iqtisadi blokun kuratoru səlahiyyətlərini özündə saxlayır.

Kənd Təsərrüfatı Nazirliyi də müstəqil işini dayandırıb. O, Ətraf Mühitin Mühafizəsi Nazirliyi ilə birləşib. Bu zaman Ətraf Mühitin və Təbii Ehtiyatların Mühafizəsi Nazirliyinin funksiyaları dəyişir – təbii ehtiyat üzrə fəaliyyətlə İqtisadiyyat Nazirliyi məşğul olacaq. Ətraf Mühitin və Kənd Təsərrüfatının Mühafizəsi Nazirliyinin başçısı Levan Davitaşvili təyin olunub.   

Baş nazirin qərarı ilə Gürcüstanda Gənclər və İdman İşləri Üzrə Nazirlik ləğv edilir. Bu qurumun idman xətti üzrə funksiyaları Mədəniyyət Nazirliyinə verilir, gənclərlə iş üzrə funksiyalar isə Təhsil Nazirliyinə verilir. Mədəniyyət naziri Mamuka Giorqadze olaraq qalır. Təhsil naziri Aleksandr Cecelavanı isə hökumətdə biz görməyəcəyik.  

Kadr də qurum dəyişiklikləri nəticəsində altı nazir öz kabinetlərini tərk edib: daxili işlər naziri Giorgi Mqebrişvili, təhsil naziri Aleksandr Cecelava, energetika naziri İliya Eloşkili, idman naziri Tariyel Xeçikaşvili, ətraf mühitin mühafizəsi naziri Qiqla Aqulaşvili, həm də Avropaya inteqrasiya məsələləri üzrə dövlət naziri Viktor Dolidze.  

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin sözlərinə görə, dəyişikliklər idarəçiliyin optimallaşdırılması və daha böyük effektivliyi üçün həyata keçirilib. Onun sözlərinə görə, bu yenidən təşkiletmə həm də bürokratik və inzibati aparata xərclərə qənaət etmək imkanı verəcək.  

Dəyişikliklər paketi hökumətin ən yaxın iclasında təsdiq ediləcək, bundan sonra da parlamentə baxılması üçün təqdim olunacaq.

  • Gürcüstan Konstitusiyasına görə, hökumətin üçdə bir tərkibi dəyişirsə, hökumətin yeni tərkibi və hökumət proqramı parlamentin razılığını almalıdır.  

 


More on JAMnews