Təşəbbüs baş nazirə məxsusdur, səbəb müxalif “Rustavi-2” telekanalı ətrafında yaşanan qalmaqaldır " />

Gürcüstanda daha bir ombudsmen olacaq – söz azadlığının müdafiəsi üçün

Təşəbbüs baş nazirə məxsusdur, səbəb müxalif “Rustavi-2” telekanalı ətrafında yaşanan qalmaqaldır

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili məsələni bu cür qoyub: bütün idarələrin işinin maksimal şəffaflığını təmin etmək və müstəqil medianın fəaliyyətinə mane ola biləcək bütün əngəlləri aradan götürmək lazımdır. Onun fikrincə bu məsələnin həllində ölkədə yeni institutun – media ombusmeninin yaradılması kömək edəcək.

Kvirikashvili

Baş nazir bu təşəbbüs barədə bu gün, martın 6-da qeyri-hökumət təşkilatları nümayəndələri və media ekspertləri ilə görüşü zamanı məlumat verib, eyni zamanda həm onları, həm də beynəlxalq hüquq müdafiəçiləri və media sahəsinin mütəxəssislərini əməkdaşlığa dəvət edib.

“İlk növbədə, bizim əsas nailiyyətimiz olan söz və ifadə azadlığı, media plüralizmini müdafiə etmək hakimiyyətin marağındadır. Buna görə də bu sahədə heç bir sual işarələri olmamalıdır”, – bu gün Gürcüstan hökumətinin mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir.

Giorgi Kvirikaşvilinin fikrincə, media ombudsmeni institutu Gürcüstanın media məkanının daimi monitorinqini həyata keçirməli və cari proseslərin (misal üçün, “Rustavi-2” və İctimai Yayım Şirkəti arasında olan hadisələr kimi) araşdırılmasında kömək etməli olacaq.

Giorgi Kvirikaşvili onu da deyib ki, Avropa İnsan Haqları Məhkəməsinin   “Rustavi-2”  televiziya şirkəti ilə bağlı qərarını alqışlayır, – görüşdə iştirak edən Regional Yayım Assosiasiyasının icraçı direktoru Natiya Kupraşvili bildirib.

Avropa İnsan Haqları Məhkəməsi martın 8-nə qədər Gürcüstan Ali Məhkəməsinin Böyük Palatasının 2 mart tarixli qərarının icrasını dayandırıb. Bu qərara əsasən, müxalif “Rustavi-2” televiziya şirkəti özünün əvvəlki sahibi Kibar Xalvaşiyə qaytarılmalıdır. Qərar uzun sürən məhkəmələrdən sonra qəbul edilib. Televiziya şirkətinin özü, əksər jurnalistlər və Gürcüstandakı qeyri-hökumət təşkilatları tərəfindən söz azadlığına açıq-aşkar sui-qəsd kimi qəbul edilib və etiraz aksiyalarına,   “Rustavi-2”yə dəstək üçün onlayn imzaların toplanmasına gətirib çıxarıb.


More on JAMnews