Gürcüstan vətəndaşları üçün viza liberallaşması haqda sənəd Brüsseldə imzalanıb" />

Gürcüstan üçün Aİ ölkələrinə vizasız rejim ayın sonunda qüvvəyə minəcək

Gürcüstan vətəndaşları üçün viza liberallaşması haqda sənəd Brüsseldə imzalanıb

Brüsseldə Avropa Parlamentinin binasında təntənəli mərasimdə Gürcüstan vətəndaşlarının Şengen zonası ölkələrinə qısamüddətli vizasız səfərləri nəzərdə tutan nizamlama imzalanıb. Sənədi Avropa Parlamentinin prezidenti Antonio Tayani və Avropa İttifaqının fəaliyyətdə olan sədr ölkəsi Maltanın parlamentdəki katibi Kris Aqius imzalayıb.

İmzalama mərasimində baş nazir Georgi Kvirikaşvilinin başçılığı altında Gürcüstanın hökumət nümayəndələri də iştirak edib.

Nizamlama bir neçə gün ərzində Aİ-nin qanunverici jurnalında dərc olunacaq, bundan sonra 20 gün ərzində Gürcüstanla vizasız rejim avtomatik olaraq qevvəyə minəcək.

Rejimdən kim və necə istifadə edə biləcək?

.        Gürcüstan vətəndaşları Şenqen zonası ölkələrində ( həmçinin, Şengen zonasına daxil olmağa hazırlaşan – Rumıniya, Bolqarıstan, Kipr və Xorvatiya kimi ölkələrdə) 90-180 gün ərazində vizasız qala və bir ölkədən digərinə səyahət edə bilər.

.        90 gündən daha çox qaldığı təqdirdə Gürcüstan vətəndaşı Şengen zonası ölkələrindən çıxarılacaq və Gürcüstana deportasiya ediləcək. Bu təqdirdə həmin vətəndaş 5 il müddətində vizasız gediş-gəliş imtiyazından məhrum olacaq.

.        Vizasız səyahət etmək üçün Gürcüstan vətəndaşından pasport, gediş –dönüş bileti, öz maliyyə vəziyyətini təsdiq edən sənəd və rezerv edilmiş otellə bağlı məlumatlar tələb olunur. Gürcüstan vətəndaşı sözügedən sənədləri konsulluqda deyil, sərhəddə təqdim edir.

.        Viza sadələşdirilməsinin iş və təhsillə bağlı uzun və qısa müddətli vizalara aidiyyatı yoxdur. Bu tip vizanın əldə edilməsi üçün konsulluğa müraciət etməlidirlər.

 

Hansı halda vizasız rejim dayandırıla bilər?

.        Əgər Gürcüstan readmisiya məsələsində əməkdaşlıq etməzsə (Aİ-ə Gürcüstandan gəlmiş və deportasiya edilmiş öz və xarici vətəndaşların qəbulu).     

.        Əgər sığınacaq axtaranların sayı hiss olunacaq qədər artarsa

.        Aİ sərhədini qeyri-leqal keçənlərin sayı kəskin artarsa.  


More on JAMnews