Əsas səbəblər – sürət həddinin aşılması, yanlış manevrlər, sərxoş vəziyyətdə sükan arxasına oturmaq " />

Gürcüstan: üç ay ərzində 108 nəfər yollarda həlak olub

Əsas səbəblər – sürət həddinin aşılması, yanlış manevrlər, sərxoş vəziyyətdə sükan arxasına oturmaq

 

Gürcüstanda yol-nəqliyyat hadisələrinin statistikası həyacanverici olaraq qalır, baxmayaraq ki, 2018-ci ilin analoji dövrü ilə müqayisədə göstəricilərdə yüksəliş yoxdur:

•2019-cu ilin aprel, may və iyun aylarında 1 427 yol hadisəsi – 2018-ci ilin eyni aylarında 1 302 hadisə.

•Bu qəzalar nəticəsində 108 nəfər həlak olub və 1 929 nəfər xəsarət alıb – 2018-ci ildə 116 nəfər həlak olub və 1 779 nəfər xəsarət alıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, həm 2019-cu, həm də 2018-ci ildə ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin çoxu Tbilisidə baş verib.

DİN-in statistikasında yollarda baş verən qəzaların səbəbləri də göstərilib:

•sürət həddinin aşılması;

•yanlış manevr – dönmə siqnalını yandırmadan bir xətdən digər xəttə keçid, bütöv xəttin üzərindən keçmək, qadağan olunmuş yerlərdə ötmə hərəkəti; 

•sərxoş vəziyyətdə sükan arxasına oturmaq; 

•piyadaların təhlükəsizlik qaydalarını pozmaları; 

•avtomobilin texniki nasazlığı.

Qəzaların böyük hissəsi – 850 – minik avtomobillərinin, 58 halda motosikllərin iştirakı ilə baş verib. Daha 58 halda isə yük maşınlarının iştirakı ilə.

Qəza nəticəsində ölüm hallarının çox olması səbəbilə Gürcüstan DİN-i yollarda nəzarəti gücləndirir.

Yollarda artıq beş minə yaxın videokamera quraşdırılıb, radarlar yaxın zamanda 700 kilometrə qədər yolu əhatə edəcək.

Həmçinin DİN “Çox yaşamaq üçün” adı altında kampaniya başladıb. Tbilisidə, bir neçə başqa şəhərdə və yol kənarlarında qəzaya düşüb tərs çevrilmiş avtomobillər qoyulub.


More on JAMnews