Mübahisəli David Qareci monastırı ətrafında vəziyyət yenidən gərginləşib" />

Sərhədçimizin silahı alındığına görə Gürcüstan səfiri Azərbaycan XİN-ə çağırılıb

Mübahisəli David Qareci monastırı ətrafında vəziyyət yenidən gərginləşib

Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya olunmamış hissəsində yerləşən David Qareci monastır kompleksi ətrafında yerli sakinlər və Azərbaycan sərhədçiləri arasında növbəti insident baş verib.

Azərbaycan sərhədçilərinin Ubadno gürcü məbədindən ikonaları çıxardığı və gürcü həmkarlarına təhvil verdikləri haqda xəbər yerli gürcü əhalinin narazılığına səbəb olub.

Yerli gürcülərin fikrincə, sərhədçilərin gürcü məbədinin müqəddəslərinə toxunmaq haqqı yoxdur. Bunun nəticəsində yerli gürcü əhali ilə azərbaycanlı sərhədçilər arasında toqquşma baş verib.

Azərbaycan mətbuatı yazır ki, yerli sakinlərdən biri sərhədçinin silahını əlindən alıb, sonra yenidən özünə qaytarıb.

Azərbaycan tərəfinin hücrələrdən ikonaları çıxardığı haqda xəbəri Gürcüstan Sərhəd Xidmətinin rəis müavini Teymuraz Kupatadze də təsdiqləyib. Sərhəddə azərbaycanlı həmkarları ilə ikitərəfli görüşdən sonra Kupatadze jurnalistlərə bildirib ki, Azərbaycan sərhədçiləri bunu ikonaları zədələnməkdən qorumaq üçün eləyiblər.

“Onlar dedilər ki, külək, yağış və digər hava şərtləri ikonalara ziyan vura bilər. Sonra ikonaların zədələnməsində onları günahlandırmasınlar deyə ikonaları bizim sərhədçilərə təhvil veriblər”, – Kupatadze bildirib.

Gürcüstan tərəfi silahla bağlı insident haqda susur.

Amma Bakı olaya kəskin reaksiya verib. Hərbi ekspertlər və digərləri silahsız adamların azərbaycanlı sərhədçinin əlindən silahını necə aldıqları sualı ətravında düşünür.

Azərbaycanın APA informasiya agentliyi bildirir ki, məsələni aydınlaşdırmaq üçün Gürcüstan səfiri Azərbaycan XİN-ə çağırılıb.

Bu görüşün təfərrüatları bəlli deyil.

Azərbaycan XİN-in rəsmi bəyanatında baş verən hadisə “iki ölkə arasında münaqişə qızışdırmağa yönəlmiş təxribat” adlandırılıb.

Bakı Gürcüstan tərəfindən insidentin araşdırılmasını tələb edir.

Gürcüstan XİN-in məlumatına görə, hazırda regionda vəziyyət stabilləşib.

Azərbaycanın Sərhəd Xidmətindən də bildirilib ki, qorxulu heç nə baş verməyib və münaqişə artıq yoluna qoyulub.

______________________________

Gürcüstanda David Qareci, Azərbaycanda isə Keşikçidağ adlanan VI əsrə aid monastır kompleksi iki qonşi ölkə – Gürcüstan və Azərbaycan arasında mütəmadi mübahisə və insidentlərin səbəbi olub.

Sərhəd düz kompleksin ərazisdindən keçir. Gürcüstan tərəfi kompleksin gürcü mədəniyyətinin bir hissəsi olduğunu bildir. Azərbaycanda isə hesab edirlər ki, kompleks alban mədəniyyətinin bir hissəsidir və gürcü mədəniyyətinə heç bir aidiyyatı yoxdur.

Tbilisi və Bakı arasında sərhədin mübahisəli hissələrinin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlar gedir.

Bu mədəniyyət abidəsi ətrafında vəziyyət zaman-zaman gərginləşir.

Son gərginləşmə aprel ayında, Azərbaycan sərhədçilərinin David Qareci monastırına girişi məhdudlaşdırdığı haqda xəbər yayılan zaman yaşanıb.


More on JAMnews