Yerevan üzərindən tranzit reyslərlə sərnişinləri Rusiyadan subsidiya proqramı üzrə daşıyacaqlar " />

Gürcüstan hökuməti rusiyalı turistlərin maliyyləşdirilməsinə 600 min avro ayıracaq

Yerevan üzərindən tranzit reyslərlə sərnişinləri Rusiyadan subsidiya proqramı üzrə daşıyacaqlar

Gürcüstan hökuməti büdcədən rusiyalı turistlərin Rusiya aeroportlarından Yerevan üzərindən Tbilisi və Batumiyə daşınması üçün 600 min avro ayıracaq.

Tranzit reyslərə subsidiya ayrılması ilə bağlı qərarı hökumət iyulun 24-də qəbul edib. Xüsusi qətnamə hökumətin  səhifəsində dərc olunub.

Foto: playingeorgia.ge

Bu qərarı Gürcüstan hökuməti iyulun 8-də Rusiya prezidenti Vladimir Putinin qərarı ilə Gürcüstanla Rusiya arasında avia əlaqə dayandırılandan sonra qəbul edib.  

•Tbilisidə etirazlara səbəb olan rusiyalı pravoslav kommunist kimdir

•Gürcüstanda rusiyalı turistlərin sayı artır, amma onların xərclədiyi pullar azalır 

•Rusiya sanksiya tətbiq edərsə Gürcüstan nə itirəcək? Konkret rəqəmlər 

Avia əlaqənin dayandırılmasına səbəb rusiyalı deputat Qavrilovun ölkəyə səfərindən sonra baş tutan etiraz aksiyaları oldu. Aksiyalarda əsas şüarlardan biri “Rusiya işğalçıdır” idi.

Proqram çərçivəsində Gürcüstan hökuməti bir sərnişinə 90 avrodan az (ƏDV xaric) maliyyə ayırır. 

Gürcüstandan Rusiyaya Yerevan üzərindən  tranzit uçuşlar həyata keçirəcək aviaşirkətlərlə müqaviləni “Dövlət aeroportları birliyi” dövlət şirkəti bağlayacaq. 

Qətnamədə söhbətin hansı aviaşirkətlərdən getdiyi qeyd olunmur. Amma yazılıb ki, “Dövlət aeroportları birliyi” cəmi iki aviaşirkət seçə bilər. 

Sənədə əsasən, aviaşirkət il ərzində həftədə iki dəfədən az olmamaq şərtilə hər prioritet istiqamət üzrə fasiləsiz əlaqəni təmin etməlidir. 

Hazırki mərhələdə Rusiyadan Yerevana tranzit uçuşları ancaq Ermənistanın tərəfdaş aviaşirkətinin dəstəyi ilə “Georgian Airways” həyata keçirir.  

Son illərdə rusiyalı turistlərin Gürcüstanda sayı xeyli artıb 

 

2012-ci ildə Gürcüstana 410 min turist gəlibdisə, 2018-ci ildə onların sayı 3.5 dəfə artıb – 1 milyon 405 min.

 

Gürcüstanın Turizm admnistrasiyasının məlumatına görə, bir rusiyalı turist Gürcüstanda orta hesabla təxminən 520 dollar xərcləyir.

Müxalifət hökumətin bu qərarını tənqid edir. “Milli hərəkat”ın liderlərindən biri, Milli bankın keçmiş prezidenti Roman Qotsiridze deyir: “Hökumət turistləri bizim hesabımıza gətirmək istəyirsə, onda niyə Rusiyadan, irland və ispan turistləri gətirsinlər”. 

“Bu, səhv qərardır, bu, bir aviaşirkətə subsidiya verilməsidir. 600 min avro o deməkdir ki, bir sərnişinə hesablanmaqla 100 avro subsidiya ayrılsa, bu, 6000 turistdir. Hansı 6000 turistdən söhbət gedir ki, əgər uçuş qadağasından sonra Gürcüstana təxminən 300 min turist gələ bilməyəcəkdi. Bu, oyundur. Özünü aldatmadır”, — Qotsiridze deyir. 

 


More on JAMnews