Bu dərmanlarla iki mindən çox insanı məlum virusdan müalicə etmək olardı" />

Gürcüstan Hepatit C-ə qarşı 200 milyon dollarlıq dərmanı zibilliyə atıb

Bu dərmanlarla iki mindən çox insanı məlum virusdan müalicə etmək olardı

Gürcüstanda istifadə müddətinin bitməsi səbəbilə Hepatit C-nin müalicəsi üçün yarım milyard larilik [200 milyon dollara yaxın] dərman məhv edilib.

Gürcüstanın Dövlət Audit Xidmətinin bu məlumatı cəmiyyətdə böyük qalmaqal doğurub.

Müxalifət hakimiyyəti Hepatit C ilə unikal mübarizə proqramını iflasa uğratmaqda günahlandırıb və prokurorluğu bu iş üzrə araşdırma aparmağa səsləyib.

Sözügedən tibbi preparatlar Gürcüstana Hepatit C-dən pulsuz müalicə proqramı çərçivəsində hədiyyə edilib.

Gürcüstan Hepatit C-nin müalicəsinin hamı üçün tam pulsuz olduğu dünyada yeganə ölkədir.

Bu proqramı Gürcüstan hökuməti 2015-ci ildən Dünya Səhiyyə Təşkilatı və ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarətdə Saxlanılması Mərkəzi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirir. Proqramın məqsədi Gürcüstanda Hepatit C-nin axırına çıxmaqdır.

Bu xəstəliyin müalicəsi üçün lazım olan bahalı dərmanlarla ölkəni Amerikanın “Gilead Sciences” şirkəti təmin edir.

Bu unikal proqram üçün Gürcüstan təsadüfən seçilməyib. Hepatit C bu ölkə üçün ciddi problemdir. 2015-ci ildə Gürcüstanda150 min nəfərə qədər virus daşıyıcısı qeydə alınıb, bu isə bütün yetkin yaşda olan əhalinin 5,4 faizini təşkil edir. Müqaisə üçün deyək ki, Avropada bu göstərici 00,5-1 faizi aşmır.

Məhz bu narahatlıq doğuran rəqəmlər dünyada analoqu olmayan Hepatit C-nin məhv edilməsi üzrə layihə məhz Gürcüstanda başlanılıb.

Artıq dörd ildir ki, proqrama daxil olan hər kəs pulsuz dərman alır. Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına əsasən, bu müddət ərzində əhalinin yetkinlik yaşında olan əhalisinin 60 faizi müayinədən keçirilib.

Onlardan 65 min nəfəri hazırkı mərhələdə müalicədədir; 58 min nəfəri isə müalicəsini bitirib.

Müalicə prosesini keçənlərin 98,7 faizi tam sağalıb.

• Gürcüstanda hepatit C – “sakit qatilə” qalib gəlmək mümkün olacaqmı?

 Niyə Azərbaycanda bir çox valideynlər uşaqları peyvənd etməkdən imtina edir

• Gürcüstanda qızılca epidemiyası. Niyə ölkə “cahil virusu”nun öhdəsindən gələ bilmir?

 

Bahalı dərmanlar niyə zibilliyə atılıb?

Gürcüstan Səhiyyə Nazirliyinin Spsial Xidmət Agentliyi istifadə müddəti keçmiş dərmanlar ətrafında yaranmış vəziyyətin bir neçə səbəbini sadalayıb.

Birinci və əsas səbəb 2017-ci ilin iyulundan proqramın benefisiarlarının əhəmiyyətli dərəcədə azalmasıdır.

Digər səbəb isə pasiyentləri üçün müalicə rejiminin dəyişdirilməsidir.

“Proqramın birinzi mərhələsində əsas müalicə prepaatı “İnterferen” və “Ribavirin” ilə birlikdə “Sofosbufir” idi. 2016-cı ilin fevralından bu preparatlar yeni nəsil dərmanla – “Xarvoni” ilə əvəzlənib və ilk mərhələdə istifadə olunan preparatların istehlakı kəskin azalıb”, – Səhiyyə Nazirliyi rəsmi bəyanatında izah edib.

Bununla belə, Dövlət Auditi Xidmətinin məlumatına əsasən, Hepatit C-ə qarşı istifadə müddəti bitmiş həmin dərmanlar sayəsində 2,3 min nəfərdən çox insanı müalicə eləmək mümkün olardı.

Bu dərmanların ümumi dəyəri 560,645,083 lari [194,5 milyon dollar] təşkil edirdi.

“Strateji ehtiyatda həmişə müəyyən sayda dərman preparatı olmalıdır. Biz hər ay 1,200 nəfərə yaxın insanı müalicə edirik və hər ay daha çox insanı müalicəyə cəlb etməyə çalışırıq. Biz bilirik ki, ölkədə ən azı 16 min insan müsbət antigen daşıyıcısıdır, amma onların hələlik müalicəyə gəlməyə qətiyyətləri çatmır. Və əgər onlar gəlsəydilər, axı bizim ehtiyatda dərman preparatlarımız olmalı idi”, – Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Məhrəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Müxalifət bildirir ki, pis menecment unikal proqramın iflasına gətirib çıxarıb

Müxalifətin əsas ittihamı hakimiyyətin keyfiyyətli menecmenti təşkil edə bilməməsi və Hepatit C ilə mübarizə üzrə unikal proqramı iflasa uğratması ilə bağlıdır.

“Hepatit C-də müalicənin özü bütün Gürcüstan vətəndaşları üçün pulsuz idi. Amma ilkin müayinələr çox baha başa gəlirdi. Proqramın ilk illərində pulsuz müalicə proqramına daxil edilmək istəyən hər bir kəs ilkin müayinənin pulunu ödəməli olurdu, bu isə 700 lariyə qədər [240 dollardan çox] edirdi. Bununla yanaşı, ailənin bir neçə üzvü bu müayinəni keçməli olurdu.

Yalnız 2019-cu ilin avqustunda hakimiyyət, nəhayət, yalnız müalicəni yox, həm də ilkin müayinəni də tam pulsuz elədi”, – müxalif “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri, parlament deputatı Zurab Çiaberaşvili deyir.

Çiaberaşvili hesab edir ki, söhbət “cəmiyyətə qarşı ən ağır cinayətdən” gedir.

Həmçinin istifadə müddəti bitmiş tibbi preparatların silinməsi faktında korrupsiya əlamətlərinin olduğunu düşünənlər də var.

“Prokurorluq dərhal vəziyyətin tədqiqinə başlamalıdır. Bu tibbi preparatların satılması ilə bağlı  şübhələr var”, – keçmiş iqtidar partiyası “Vahid Milli Hərəkat” liderlərindən biri, Gürcüstan parlamentinin deputatı Roman Qotsiridze bəyan edib.

Həkim-hepatoloq Caba Zarkua müxalifəti vəziyyəti dramatikləşdirməməyə çağırıb

Həkim-hepatoloq Caba Zarkua hesab edir ki, vəziyyətə şüurlu şəkildə yanaşmaq və isterikadan uzaq olmaq lazımdır.

“Gürcüstan hökuməti bütün sahələrdə olduğu kimi bu sahədə də səriştəsizliyini biruzə verib”, – Zarkua Facebook səhifəsində yazıb.

Amma o, müxalifəti vəziyyəti dramatikləşdirməməyə və “proqramın iflası” haqda bəyanatlar səsləndirməməyə çağırıb, çünki bu cür bəyanlar cəmiyyət üçün çox pis nəticələr verə bilər.

“Hepatit C-nin kökünün kəsilməsi proqramının özü iflasa uğradığı qənaətində deyil. Və Gürcüstanı tibbi preparatlarla təmin edən şirkət indən belə də bunu davam etdirməkdən imtina etmir…


More on JAMnews