Gürcüstan aeroportlarında Çindən tranzitlə gələn bütün sərnişinlər koronavirusla bağlı müayinədən keçirilir" />

Gürcüstan Çinə birbaşa aviareysləri dayandırıb

Gürcüstan aeroportlarında Çindən tranzitlə gələn bütün sərnişinlər koronavirusla bağlı müayinədən keçirilir

Koronavirusun Gürcüstana gəlməsi və yayılmasının qarşısının alınması çərçivəsində ölkə hakimiyyəti Çinə birbaşa aviareysləri dayandırmaq qərarı verib.

Bu haqda “Interpressnews” agentliyi Mülki Aviasiya Agentliyinə istinadən xəbər yayıb. Qəbul olunmuş qərar haqda Çin Xalq Respublikasının rəhbərliyi və müvafiq aviaşirkətlər məlumatlandırılıb.

Gürcüstan aeroportlarında sərnişinlər koronavirusla bağlı müayinə edilir 

Birbaşa aviareyslər bu il martın 29-a qədər dayandırılıb. Daha sonrakı qərarlar Çindəki epidemioloji vəziyyətdən asılı olacaq.

Bundan başqa Gürcüstanın aeroportlarında Çindən tranzitlə gələn sərnişinlər üzərində nəzarət gücləndirilib.


More on JAMnews