Bu haqda prokurorluq məlumat verib və təsdiqləyici səs yazısını yayıb" />

“Saakaşvili Gürcüstan prezidenti olduğu zaman milyarder, müxalif siyasətçinin qətlini sanksiyalaşdırıb”

Bu haqda prokurorluq məlumat verib və təsdiqləyici səs yazısını yayıb

 Gürcüstanlı oliqarx Badri Patarkatsişvili Tbilisidə Parlament binası qarşısında Saakaşvili hakimiyyətinə qarşı mitnqdə. Foto 2 noyabr 2007-ci ildə, ölümündən üç ay əvvəl çəkilib. REUTERS/David Mdzinarişvili

Gürcüstan Baş Prokurorluğu bəyan edib ki, on il əvvəl London yaxınlığında Lezerxed şəhərindəki evində ölən gürcüstanlı milyarder Badri Patarkatsişvilinin qətlinə hazırlıq faktının üstünü açıb.

Prokurorluğun yaydığı səs yazılarından birində deyilir ki, milyarderin qətlini şəxsən keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili sifariş verib.
Vəzifə səlahiyyətlərinin aşılması və ağırlaşdırıcı hallarla qətlin hazırlanması ittihamı ilə Mixail Saakaşvili zamanında DİN məmuru olmuş üç nəfər saxlanılıb. Bu haqda oktyabrın 17-də xüsusi brifinqdə məlumat verilib.
İttiham 2007-ci ildə qeydə alınmış səs yazılarına əsaslanır, orada saxlanılan şəxslər Patarkatsişvilinin qətlinə hazırlıq haqda danışırlar.
Oktyabrın 17-də prokurorluq bu audiomaterialları yayıb. Prokurorluqdan bildirilir ki, bu materialları demək olar ki, 10 il sonra, 2016-cı ilin dekabrında ittiham olunanlardan birinin evində aşkarlayıblar.

Milyarder Badri Patarkatsişvili 2008-ci ilin fevralında London yaxınlığındakı evində qəfil dünyasını dəyişib.

Tibbi ekspertiza rəyində bildirilir ki, onun ölümünə ürək çatışmazlığı səbəb olub.

Gürcüstan hakimiyyətinin qatı opponenti və müxalif “İmedi” telekanalının sahibinin  belə qəfil ölümü çox sayda sual doğurdu. Amma Patarkatsişvilinin ölümünü araşdıran Skotlend-Yard istintaq zamanı şübhəli heç bir şey aşkarlamadı və ölüm səbəbinin ürək tutması ilə bağlı olduğunu bildirdi.

Buna baxmayaraq, Saakaşvilinin opponentləri indiyə qədər hesab edirlər ki, Patarkatsişvilinin ölümünün arxasında Gürcüstan xüsusi xidmət orqanları dayanır.

Ölümündən cəmi bir neçə ay əvvəl Patarkatsişvili Gürcüstanın siyasi arenasında çox fəallaşmışdı.

2007-ci ilin dekabrında,  Patarkatsişvilinin ölümündən iki ay əvvəl Gürcüstan hakimiyyəti oliqarxın Gürcüstanda hakimiyyəti ələ keçirmək istədiyini sübut edən səs yazısını ictimailəşdirmişdi.

Gürcüstan DİN-in yüksək vəzifəli məmuru Erekle Kodua ilə söhbət zamanı Patarkatsişvili ona ölkədə dövlət çevrilişi həyata keçirilməsi, daxili işlər naziri Vano Merabişvilinin aradan qaldırılması və ya məhv edilməsi üçün ona pul təklif edir.

Söhbət Londonda Patarkatsişvilinin evində baş verib. Üzəri ciddi axtarılsa da, hakimiyyət tərəfindən oliqarxın yanına qəsdən göndərilən Kodua ayaqqabısının içində gizlətdiyi mikrofonu içəri keçirməyə və onunla iki saat davam edən söhbətlərini tam yazmağa müvəffəq olub.

Bütün varidatını Rusiyada qazanmış Patarkatsişvili eyni zamanda rusiyalı oliqarx Boris Berezovskinin dostu və biznes tərəfdaşı idi. Amma həyatının son illərində onların münasibəti korlanmışdı.

Səs yazılarının birində Konstitusiya Təhlükəsizliyi Departamentinin (KTD) yüksək vəzifəli məmuru Georgi Dqebuadze Patarkatsişvilinin mühafizəçisi ilə danışaraq onu milyarderin qətlinin hazırlanmasına cəlb etmək isytəyir. Söhbət zamanı Dqebuadze təsdiləyir ki, Patarkatsişvilinin qətlinin hazırlanmasını o zamankı Gürcüstan prezidenti Mixail Saakaşvili şəxsən sanksiyalaşdırıb.
Səs yazısında deyilir ki, Patarkatsişvilinin aradan qaldırılması KTD-a tapşırııb.
Prokurorluğun bildirdiyinə görə, ikinci səs yazısı DİN-in “Modul” adlanan binalarından birində qeydə alınıb. Prokurorluq vurğulayır ki, bu audiomaterialda KTD-nın yüksək vəzifəli məmurlarının iclası əks olunub. Orada milyarderin şəxsi mühafizəsinin əməkdaşları və evində çalışan xidmət personalı haqda informasiyanı necə əldə etmək ətrafında müzakirə aparılır.
Səs yazısında eşidilir ki, görüş iştirakçıları açıq şəkildə Patarkatsişvilini daha “düzgün” aradan qaldırmağı müzakirə edir və planlaşdırırlar. Bir neçə versiya, o cümlədən də təbii ölüm doğuracaq zəhərləyici maddə ilə məhv etmək yolu  gözdən keçirilir.
Üstəlik orada deyilir ki, Patarkatsişvilinin məhvi ilə bağlı bütün təfərrüatlar o zamankı KTD rəhbəri Dato Axalaya ilə razılaşdırılır. [Axalaya hazırda Gürcüstanda deyil, o 2012-ci ildə hakimiyyət dəyişikliyindən dərhal sonra ölkəni tərk edib. Gürcüstanda ona qarşı cinayət işi qaldırılıb. Prokurorluğun yaydığı səs yazılarında da onun səsi yoxdur – JAMnews].
İttiham olunanları 16 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir
Müxalifət, o cümlədən də ekspertlər və keçmiş məmurların vəkilləri əmindirlər ki, səs-küylü Patarkatsişvili işi üzrə ittihamlar ictimaiyyətin diqqətini Mirza Subelianinin danışıqlarından ibarət səs yazıları ətrafındakı qalmaqaldan yayındırmaq üçün ortaya atılıb.

More on JAMnews