Rüşvət, vəzəri və daha nələrsə. Salome Barkerin bloqu" />

Gürcüləri Ermənistanda heyran edən beş səbəb

Rüşvət, vəzəri və daha nələrsə. Salome Barkerin bloqu

Keçən il ilk dəfə Ermənistanda oldum. Düzdür, cəmi iki günlük. Amma bu qısa müddət çox şeydən təsirlənmək üçün kifayət etdi:

“Bir-birimizə necə də bənzəyirik!”

İlk dəfə Gürcüstana bu qədər oxşayan ölkədə oldum. Yerevana maşınla getdik və yolda rast gəldiyimiz hər şey – landşaft, evlər, həyətlər, inəklər, ot tayaları, insanlar, maşınlar, mağazalar, restoranlar – çox tanış və doğma idi. Birinci təəssüratım da məhz bu cür idi – bir-birimizə necə də bənzəyirik!

Ermənistan kəndlərində ekstremal turizm

 Köhnə Tbilisi: Gürcüstanda turizm haqqında

Vəzəri!

Yolda iki dəfə nahar etmək üçün dayandıq. Ermənistana gedəndə Sevanda, qayıdarkən isə Dilijanda (Google onu Ermənistanın İsveçrəsi adlandırır). Hər iki dəfə də çoxlu göyərti sifariş etdik. Turp, yaşıl soğan, cəfəri, tərxun və vəzəri (!) gətirdilər. Hansısa ona oxşar göyərti deyil, məhz bizə yaxşı tanış olan vəzəri, hansını ki, mən indiyə qədər gürcü “fenomeni” hesab edirdim, çünki başqa heç bir yerdə ona rast gəlməmişdim. Ümumilikdə Ermənistanın bütün restoranlarında verilən yeməklər çox dadlıdır. Yemək mədəniyyətinin demək olar ki, eyni olması barədə isə yazmayacam.

Servis

Bu sahədə Gürcüstanla Ermənistan çox fərqlənir. Ermənistanda servis hər yerdə yaxşıydı – həm Yerevanda, həm də kiçik yaşayış məntəqələrində. Yerevanın məşhur “Caz klub”unda axşam boyu təəccüblə xidmət pesonalının qonaqlarla birlikdə bendin canlı musiqisi altında rəqs etdiyini müşahidə etmişəm. Bu haqda mütləq yazmaq qərarını verdim və dəqiqləşdirdim ki, klub sahibi işçiləri rəqs etməyə məcbur eləmir ki. Məlum oldu ki, hər şey könüllüdür.

Azərbaycanda turizmin inkişafına maneə yaradan 5 səbəb

• Borjomi – son dayanacaq. Gürcüstanın əsas kurortunu əks etdirən 35 foto

Pivə barında isə ofisiantlar o qədər gülərüzüydü ki, onlardan biri niyəsə məni masqaraya qoydu, amma bunu o qədər yumşaq etdi ki, hamımız ürəkdən buna gülüşdük. Ümumiyyətlə isə Ermənistanda insanlar çox nəzakətlidir.

Onlar necə oxuyur!

Həm “Caz klub”da, həm də Yerevan bomondunun yığışdığı yerdə hamı gözəl vokal imkanlarını nümayiş etdirdi. Həm də elə mahnılar oxuyurdular ki, onları mahnı müəlliflərinin özləri üçün də canlı ifa etmək çətindir. Həm də sadəcə oxumurlar, ifanı şux hərəkət və rəqslərlə müşayiət edirlər. Yeddidən yetmiş yeddiyə qədər hamı əylənir. Bu şəhərdə həqiqətən də şənlənməyi bacarırlar.

Rüşvət

“Facebook”da Yerevana maşınla getmək istədiyimi yazmağa imkan tapmamış xəbərdarlıq aldım ki, bunu etməyə dəyməz, addımbaşı yol polisi ilişəcək, rüşvətsiz keçinmək olmayacaq və s.

Yerevana yolda saxlamadan gəldik. Qayıdarkən isə xəbərdarlıqlar özünü doğrultdu. 50 kilometrlik məsafədə bizi iki dəfə tamamilə uydurma, absurd səbəblərlə saxladılar. İş “böyük cərimə” yazmaq məsələsinə çatanda polis işçilərinin özləri məsələnin həlli yolunu təklif etdilər. Patrul çiyninə quraşdırılmış videokameradan “gizlin” barmaqları ilə məbləği göstərərək, özü də dram (Ermənistanın milli valyutası) götürə biləcəyimiz bankomata göndərdi. Beləliklə də həyatımda ilk dəfə rüşvət verməli oldum.

Polisdən uzaqlaşanda mehmanxanamızın gənc barmeni yadıma düşdü,  ona tozsoranın səsindən şikayət edəndə – neyləyək, prezident gəlir, hazırlaşmalıyıq – cavabını verdi. Özü də prezident sözünü deyəndə nümayişkaranə şəkildə barmaqları ilə “dırnaq” işarəsini bildirən jesti göstərdi. Mənim növbəti sualıma cavabında isə – axı əslində bizim prezidentimiz Putindir – dedi. Sonra da biz Avropada həyatın necə yaxşı olması, vizasız rejimin necə rahat olması, Gürcüstanla Ermənistanın bir, Avropaya aparan yolu olsaydı necə yaxşı olardı – barədə söhbət etdik.  

Xülasə, belə bir nəticəyə gəldim ki, Ermənistan da elə Gürcüstandır, amma səhvən başqa yolu seçib. Bunun hansı yol olduğunu anlamaq üçün mütləq bu ölkəyə gedin. Amma maşınla yox.


More on JAMnews