Müasir dövrün ən nəgəng fiziklərindən biri 76 yaşında dünyasını dəyişib" />

Görkəmli britaniyalı alim Stiven Hokinq vəfat edib

Müasir dövrün ən nəgəng fiziklərindən biri 76 yaşında dünyasını dəyişib

Stiven Hokinq martın 14-ü səhər İngiltərədə öz evində vəfat edib. Bu haqda CNN  Hokinqin ailə üzvünə istinadən xəbər verib. Alimin 76 yaşı vardı.

Hələ 1963-cü ildə Hokinqə “yan amitrofik skleroz” diaqnozu qoyulmuşdu. Xəstəlik zamanla inkişaf etdikcə alim əlil arabasına möhtac vəziyyətə düşmüşdü, onun yalnız bir neçə barmağı tərpənirdi.

Hokinqin elmi maraq dairəsinə hər şeydən əvvəl kosmosun problemləri, Kainatın quruluşu daxil idi. Onun bir neçə vacib kəşfləri var.

Alim hesab edirdi ki, yaxın iki yüz ildə insanlıq heç olmasa qismən başqa planetlərə köçməlidir, çünki 21-ci əsrdə yerdə artıq darısqallıq olacaq.

Hokinq ilk növbədə elmin təbliğatına dair fəaliyyəti ilə məşhurlaşıb. O, bir sıra elmi populyar kitablar yazıb – “Zamanın qısa tarixi”, “Qara dəliklər və gənc kainatlar”, “Qoz qabığında həyat”.

Hokinq çox sayda mükafatlarla, o cümlədən də Britaniya İmperiyasının ordeni ilə təltif olunub. Bu orden cəngavər titulundan bir pillə aşağıdadır. Hokinq ABŞ vətəndaşı olmasa da, Barak Obama Birləşmiş Ştatların prezidenti olarkən alimi ABŞ vətəndaşları üçün nəzərdə tutulan iki ən ali mükafatdan biri – prezidentin Azadlıq medalı ilə mükafatlandırıb.

Hokinqin özündən sonra üç övladı və üç nəvəsi qalıb.

 


More on JAMnews